Son xəbərlər

 

 

Paytaxtın Nəsimi rayonunda yerləşən, Cəlil Məmmədquluzadə, Yusif Vəzir

Çəmənzəminli, Novruzov qardaşları, Maqsud Əlizadə və Həsən Əliyev küçələrini əhatə edən, "Papanin" kimi tanınan ərazidə həyət evlərinin söküntüsünə başlanılıb. Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Tikinti layihəsinə uyğun olaraq həyət evləri söküldükdən sonra həmin ərazidə çoxmərtəbəli binalar inşa olunacaq.

Tikinti şirkətinin nümayəndəsi Trend-ə bildirib ki, 192 ailə tikinti şirkəti ilə artıq razılığa gələrək köçürülüb. Digər ailələrlə isə danışıqlar aparılır. Müqavilə bağlanan ailələrin mənzilləri mərhələli şəkildə sökülür. Ərazidə isə şəhərin memarlıq üslubunu nəzərə almaqla çoxmərtəbəli bina inşa olunacaq.

"288 ailənin buradan köçürülməsi nəzərdə tutulub. Hər ay müəyyən sahəyə uyğun olaraq onlara mənzil kirayəsinə görə pullar ödənilir. Ərazidə 11 girişli 16 mərtəbəli evlərin tikilməsi nəzərdə tutulub", - şirkət nümayəndəsi qeyd edib.

Sökülən ərazilərdə çoxmərtəbəli binanın inşası iki il ərzində yekunlaşacaq. İlk olaraq kirayəyə çıxan sakinlər mənzillərlə təmin ediləcəklər.

Milli.Az

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır