Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollardakı vəziyyətlə bağlı əhaliyə müraciət edib.
"Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq. Sürücülərdən son dərəcə məsuliyyətli olmağı, hərəkət sürətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik!
Bütün hərəkət iştirakçıları hər hansı bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi əməl etməlidir".