Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb.
Bunu Axar.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir.
Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər.