Son xəbərlər

 

Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

 

Bakı Metropoliteni QSC-dən Axar.az-a bildirilib ki, koronavirus pandemiyası elan edildiyi dövrdən metropolitenin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib.

2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.

Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:

“Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb. Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı Metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib”.

Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı Metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.

May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.

26 Aprel 2024 “Bəs onun təhsilhaqqını kim ödəyəcək?”
26 Aprel 2024 Suraxanı və Binə qəsəbəsi illər öncə... - Video
26 Aprel 2024 Xıdırlıda inşa edilən məktəb belə olacaq
25 Aprel 2024 Azərbaycanda balıq ovu qadağan edilir
24 Aprel 2024 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video
24 Aprel 2024 Faktiki hava açıqlandı
24 Aprel 2024 AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq
23 Aprel 2024 Sığorta ödənişinin verilməsi qaydası dəyişdi
23 Aprel 2024 Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video
21 Aprel 2024 Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO
19 Aprel 2024 Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
19 Aprel 2024 Bu uşaqlara peyvənd vurulacaq
19 Aprel 2024 Qayaları yarıb, Kəlbəcərə qaz çəkirlər - Video
18 Aprel 2024 Birinci siniflərə sənəd qəbulunun vaxtı açıqlandı
18 Aprel 2024 İşıqfor işləməsə, bu nömrəyə zəng edin
18 Aprel 2024 “Bu bakteriyalar heyvanlardan insanlara keçə bilir”
16 Aprel 2024 Bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək
16 Aprel 2024 Bakıda külək elektrik stansiyası tikiləcək
16 Aprel 2024 Sabah Bakının 3 rayonunda qaz olmayacaq
15 Aprel 2024 May ayında neçə gün iş olmayacaq?
14 Aprel 2024 Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO
14 Aprel 2024 Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
13 Aprel 2024 Sabah 25 dərəcə isti olacaq
12 Aprel 2024 Sabahın hava proqnozu açıqlandı
09 Aprel 2024 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
09 Aprel 2024 Polis gücləndirilmiş iş rejiminə keçir
09 Aprel 2024 Sabahdan 5 günlük Ramazan tətili başlayır
09 Aprel 2024 Siqareti tərgitmək üçün 7 cəhd lazımdır
08 Aprel 2024 Ramazanın 30-cu günü: Dua, imsak və iftar vaxtı
08 Aprel 2024 Zaurla Xoşqədəmin verilişi bağlansın? - SORĞU - VİDEO