Son xəbərlər

 

İyunun 28-dən 30-dək Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Van şəhərinə səfəri, xüsusilə Akdamar adasındakı Akdamar kilsəsini ziyarət etməsi və həyata keçirilmiş məlumatlandırma kampaniyası Türkiyə ermənilərinin, eyni zamanda, erməni diasporunun ciddi narahatlığına səbəb olub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, erməni yazıçı Hrant Dink və bir qrup erməni tərəfindən 1996-cı ildə təsis edilmiş türk və erməni dillərində nəşr olunan “Agos” qəzetinin 5 iyul 2019-cu il tarixli 1202-ci nömrəsində “Bir bu əskikdir: Akdamara da sahib çıxdılar” sərlövhəli məqalə dərc olunub. Qəzetin 14-cü səhifəsində isə “Akdamar xristian türklərinə aid imiş...” başlıqlı yazıda nümayəndə heyətinin Akdamar kilsəsinin ermənilərin iddia etdiyi kimi, ermənilərə deyil, türk-xristian mədəniyyətinə aid olmasını təsdiq edən sənədlərin mövcud olduğu və yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumların əməkdaşlığı çərçivəsində elmi-praktik konfransın, mədəni və digər tədbirlərin keçiriləcəyi qeyd edilib. Bununla yanaşı, kilsənin ermənilərə deyil, bütün dünya xristianlarının ortaq məbədi olduğu və Qafqaz xristianlarının burada birgə ayinləri yerinə yetirilməsinin həyata keçiriləcəyi nəzərdə tutulur.

Məqalədə Akdamar kilsəsinin 90 ildir istifadə edilmədiyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə restavrasiya edilərək, 2007-ci ildə muzey kimi ziyarətçilərin istifadəsinə verildiyi və açılış mərasimində Türkiyə ermənilərinin sabiq Patriarxı Patrix Mesrop Mutafyanın çıxışında da məbədi erməni kilsəsi adlandırdığı bildirilib.

Qeyd edək ki, son zamanlar Ermənistandan həm rəsmi, həm də digər şəxslərin Van və ətraf bölgələrə səfərlərinin intevsivləşməsi, Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərdə turizm, mədəniyyət və digər istiqamətlərdə müxtəlif layihələrin reallaşması, eləcə də Akdamar kilsəsində Ermənistan bayrağının nümayiş etdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqla yanaşı, bunun arxasında onların məkrli planlarının durması kimi qiymətləndirilib.

Nümayəndə heyəti azərbaycanlıların kompakt məskunlaşdıqları Van Alaköy kəndində də görüş keçirib. Alaköy kənd muxtarlığında keçirilən görüşdə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov Azərbaycanın mədəni irsinin təbliği və qorunması istiqamətində görülən işlər, eləcə də soydaşlarımızın kompakt məskunlaşdıqları Van və ətraf bölgələrdə həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib. Bildirilib ki, Türkiyənin Şərqi Anadolu bölgəsində, o cümlədən Vanda yaşayan soydaşlarımızın öz milli-mədəni mənsubiyyətlərini qoruyub saxlaması, gənc və böyüməkdə olan nəslin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaları, onların milli-mənəvi ruhda böyüməsi istiqamətində yaxın vaxtlarda silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu görüşün də həmin tədbirlərə hazırlıq məqsədi daşıdığı diqqətə çatdırılıb.

Alaköy kənd muxtarı Zeki Akyürek Azərbaycan nümayəndə heyətinə görüş üçün təşəkkür edib. Dövlət Komitəsi tərəfindən Van şəhərində soydaşlarımızla bağlı planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb və bir sıra təkliflər səsləndirilib.

Sonra Şəhid Çetin Aysan adına Alaköy kənd orta məktəbinin şagirdlərinə Dövlət Komitəsi adından 250 müxtəlif oyuncaq və Azərbaycan bayraqları hədiyyə edilib.

Qeyd edək ki, Türkiyədə etnik azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri də Van bölgəsi hesab olunur. Van şəhərinin 10-dan çox kənd əhalisinin mütləq əksəriyyətini vaxtilə İrandan buraya köçmüş etnik azərbaycanlılar təşkil edir.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır