“Abşeron City” müştərilərin başına oyun açır – Rəhbərləri isə yoxa çıxıb













Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksi vətəndaşları incitməkdə davam edir. Şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu azmış kimi, hələ müştəriləri də borclu çıxarır.

Belə ki, 2017-ci ilin noyabr ayında şirkətin Xırdalan şəhərində yerləşən ofisinə müraciət etdim. Mənzil qiyməti ilə bağlı razılığa gəldikdən sonra binanın təhvil veriləcəyi vaxtı soruşdum.

Şirkət nümayəndəsi bildirdi ki, 2018-ci ilin may ayında bina artıq hazır olacaq və təmirə başlaya biləcəyik.

İyun, iyul, avqust… Artıq bir il keçib, lakin bina hələ də hazır deyil. Şirkət isə bildirir ki, bu normaldır və onları başa düşməyimi xahiş edirlər.

Özləri isə müştərini dinləmək belə istəmirlər, onların problemlərinə biganə yanaşırlar.

Bu gün – yəni 23 may tarixində “Abşeron City” müştəri barədə fikirləşmədiyini, müştəriyə yalnız pul kimi baxdığını bir daha sübut etdi.

Belə ki, 2018-ci ilin noyabr ayında “Abşeron City” öz evimdə təmirə başlamaq üçün əvvəlcə sayğacların pulunu ödəməyimi tələb edib. Müəyyən olunmuş məbləğ ödənilib. Lakin sayğaclar hələ də yoxdur.

Bu gün şirkət mənzilin işığını kəsib və bildirir ki, müvəqqəti sayğac alıb qoymalıyıq.

Niyə? Müqavilədə belə bir bənd var? Və əgər sayğacın pulunu altı ay əvvəl almısınızsa, niyə indiyə qədər quraşdırmamısınız?

Şirkətlə əlaqə saxlayanda bir katibəni irəli verirlər. Elə bir şəxs ki, “Abşeron City”də şirkətin adından danışmağa heç bir səlahiyyəti yoxdur.

“Elektrik Dünyamin deyir ki, bu belə olmalıdır”, – həmin katibə qeyd edir.

Bir şirkət ki, elektrik Dünyamin ümidinə qalıb, ondan nə gözləmək olar ki?!

“Abşeron City”nin rəsmi nümayəndələri isə müştəri ilə danışmaqdan belə imtina edirlər. Onları heç dinləmək istəmirlər.

“Müştəri əsas pul gətirsin”. Yəqin şirkətin devizi də belədir.

Qayıdaq əsas mövzuya. Söhbət zamanı katibə bildirdi ki, şirkətdə hazırda heç kim yoxdur:

“Ofisdə bu dəqiqə heç kim yoxdur, ancaq mənə deyirlər ki, sayğaclar hazır deyil, buna görə müvəqqəti sayğac qoyulmalıdır”.

Bu arada, sual yaranır ki, niyə iş vaxtı şirkətdə heç kim yoxdur? “Abşeron City”nin işlərini katibə və elektrik həll edir? Niyə “Abşeron City” müştəriləri bu qədər incidir?

Suallar çoxdur, lakin onlar cavabsızdır.

Çünki mənzillərini satanda mələk cildinə girən şirkət nümayəndələri bu gün qeybə çəkiliblər. Ola bilər ki, özləri də səhv mövqedə olduqlarını anlayıb, müştəri ilə danışmağa xəcalət çəkirlər. Təbii ki, bu variant mənim nikbinliyimdən qaynaqlanır.

Ümumiyyətlə bir şirkətdə səlahiyyətli şəxsin, müştərini dinləyəcək birinin olmaması isə mənim işıqsız qalmağımdan daha acınacaqlı vəziyyətdir.

Hər halda, nəticə etibarilə məsələ həll olunmamış qalır, müştəri çıxılmaz vəziyyətdədir, əlavə xərc çəkərək müvəqqəti sayğac qoymaq məcburiyyətindədir…

///oxu.az
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır