Son xəbərlər

 

Bu gün baş nazir Novruz Məmmədov taksi minik avtomobillərinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri təsdiqləyib.

 

Tələblərə əsasən, bəzi avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub.

Oxu: Bakıda bəzi maşınların taksi kimi istifadəsinə qadağa qoyuldu

Bəs bu qayda taksi bazarına necə təsir göstərəcək? Maşınların qiymətlərində azalma qeydə alına bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.

“Əslində, tələblər çox sərt deyil və nəzərə alsaq ki, bu, həm Heydər Əliyev adına beynəlxalq aeroportdan şəhər istiqamətində hərəkət edən, həm də paytaxtdakı taksilərlə bağlıdır. Söhbət ikiqapılı və “ABS” əyləc sistemi “Avro-4” ekoloji standartına uyğun olmayan avtomobillərin taksi kimi istifadə edilməməsindən gedir.

Həm də bu gün aparıcı taksi şirkətlərinin çoxunda tələblər Nazirlər Kabinetinin təsdiq etdiyi tələblərə uyğundur”, - ekspert bildirib.

Onun sözlərinə görə, bu, bəzi nisbətən ucuz taksi şirkətləri üçün xərc yaradacaq:

“Bu, nisbətən ucuz xidmət təklif edən, xüsusən köhnə avtomobillərdən, bəzi hallarda kondisoneri olmayan avtomobillərdən istifadə edən şirkətlərin xərcini artıracaq. Aparıcı taksi şirkətlərinin xərclərində ciddi artım olacağı gözlənilmir, ancaq güman edilir ki, daha ucuz xidmət, tarif təklif edən taksi şirkətlərinin xərclərində artımlar olacaq. Nəticə etibarilə nisbətən ucuz xidmət təklif edən taksi şirkətlərinin qiymətlərində artımın olması mümkündür”.

V.Bayramov taksi xidmətləri üçün tələblərə cavab verməyən avtomobillərin satışa çıxarılmasının maşın bazarındakı qiymətlərə təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Onlar köhnə avtomobillərdir. O avtomobillərin qiymətləri kifayət qədər ucuzdur. Güman edirəm ki, köhnə avtomobillərin bazara çıxarılması bazarda təklifin artmasına gətirib çıxaracaq. Taksi kimi istifadə edilən avtomobillərə tələbin azalması gözlənilir. Çünki nəticə etibarilə həmin avtomobillər köhnədir, nəinki “Avro-4”, heç “Avro-3” standartlarına da cavab vermir. Nəticədə, həmin avtomobillərin qiymətlərinin aşağı düşməsi gözlənilir”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır