Son xəbərlər

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində heyvanların identifikasiya sisteminin yaradılması planlaşdırılır.

 

Bununla bağlı AQTA məlumat yayıb.

Bildirilib ki, heyvanların identifikasiyası sistemi hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan yaradacaq. 

Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Heyvanlar arasında rast gəlinən qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanın məhsullarından ən azı iki həftə istifadə etmək olmaz, əks halda bu məhsulları qəbul etmiş insan eyni xəstəliyə yoluxar və ya sağlamlığında digər fəsadlar baş verə bilər.

Oxşar tələblər respublikada geniş şəkildə peyvəndləmə aparılan bruselyoz, çiçək və digər xəstəliklərə də şamil edilir. Həmçinin, müalicə və profilaktika məqsədi ilə baytarlıq preparatları tətbiq edildikdə də onların heyvan orqanizmindən xaric olma müddətindən asılı olaraq məhsullardan istifadə üçün müəyyən gözləmə dövrü təyin edilir.

Qeyd olunan proseslərin idarə olunması üçün bugünədək identifikasiya sistemindən istifadə olunmaması ölkə daxilində qida məhsullarının təhlükəsizliyinə və istehsal edilən məhsulların ixrac edilməsinə ciddi maneələr yaradır.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin  müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır