Son xəbərlər

 

3 gün ərzində Bakıda və bölgələrdə heyvanların satış yarmarkaları təşkil olunacaq.

 

Bu gün Azərbaycanda mübarək Qurban bayramı qeyd olunur. Qanunvericiliyə əsasən, müqəddəs bayram bu il ölkəmizdə 22-23 avqust tarixlərinə təsadüf edib. Beləliklə, iki gün qeyri-iş günüdür. İlk bayram namazı isə bu gün saat 08:00-da Bakının "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzəpir" məscidində qılınacaq.

İki gün ərzində Azərbaycan müsəlmanları Qurban bayramını keçirib, qurban kəsib ehtiyacı olan insanlara, qohum və yaxınlara paylayacaq, uzaqda yaşayan qohumlara baş çəkəcək, yaxınlarının qəbirlərini ziyarət edəcək.  Lakin maraqlıdır ki, Türkiyədə bayram artıq dünəndən başlayıb, bayram namazları qılınıb. Qardaş ölkədə avqustun 21-24-ü bayram qeyd olunur, avqustun 18-dən 27-dək isə tətildir.

Bəs bu fərq nədən irəli gəlir? Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a danışdı: “Bu fərqin dini və yaxud başqa izahı yoxdur. Görünür, İranı yamsılamaqdan kənara çıxa bilmirik. Artıq dünyanın hər yerində, Ərəbistanda da, Türkiyədə də ötən gün bayram keçirilib. Bu məsələni dərindən araşdırmağa da ehtiyac yoxdur. Çünki bu məsələdə özbaşınalığın hökm sürdüyünü müşahidə edirik. Təsəvvür edin ki, ölkə prezidenti bayram münasibətilə xalqı ayın 20-də təbrik edir, bayram isə 22-də keçirilir. Rəsmi dövlətin mövqeyi ilə təyin olunan vaxt üst-üstə düşmür. Bildiyiniz kimi, ayın 20-də Ərəfə günü idi, bir gün sonra Qurban bayramı keçirildi.

Fazil Mustafa ile ilgili görsel sonucu

Bu, dini bayramdır, onu vaxtında qeyd etmək lazımdır. Ramazan bayramında da bu cür məsələ ortaya çıxır. Lakin əvvəllər belə hal yaşanmırdı, yəni bizdə keçirilən bu müqəddəs bayramlar digər ölkələrdə keçirilən bayramla üst-üstə düşürdü. Bu, izahı olmayan bir məsələdir və sual olunur ki, axı bunun nə mənası var ki, bayram gününü bir gün sonraya saxlayırıq? Heç olmasa, qardaş ölkəni örnək götürmək lazımdır. Türkiyədə bu günlərlə bağlı çox gözəl araşdırmalar var”.

Bəs tanınmışlardan kimlər qurban kəsəcək? Fazil Mustafa sorğumuza cavab olaraq bu il də qurban kəsəcəyini söylədi:“Özüm qurban kəsə bilməsəm də, öz nəzarətim altında, güvəndiyim adama dini qaydalar əsasında qurban kəsdirirəm”.

Aynur Camalqızı ile ilgili görsel sonucu

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı da ənənəvi olaraq bu il də bayram münasibətilə qurban kəsdirəcəyini bildirdi.

Politoloq Elxan Şahinoğlu da qurban kəsməyi düşündüyün bildirdi: “Qurban kəsmək fikrim var. Sadəcə, hazırda bağda ailəmlə istirahət edirəm. Buradan qurban ətini paylamaq çətindir. Şəhərə qayıtdıqdan sonra qurban kəsdirib tanışlara və ehtiyacı olan insanlara paylamağı düşünürəm”.

Manaf Ağayev ile ilgili görsel sonucu

Sənətçilərdən Manaf Ağayev də qurban kəsəcəyini açıqladı: “Əlbəttə ki, kəsdirəcəm. Hamı bu gündə çalışır ki, qurban kəsdirsin”.

Tamada Nazilə Səfərli ile ilgili görsel sonucu

Tamada Nazilə Səfərli hər il qurban kimi dəvə kəsdirdiyini dedi: “Bizdə quzu qurbanı yeyilmir. Ona görə də dəvət kəsdirib paylayırıq, özümüz də yeyirik. Ehtiyacı olan müraciət edə bilər”.

Qeyd edək ki, Qurban bayramı münasibət ilə bu gündən başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkalara təxminən 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan KTN və Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa, KTN-in müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Artıq KTN yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:

Bakı şəhəri üzrə: Nərimanov rayonu - Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi), Əlyar Əliyev küçəsi, 36a (”Təbriz" KM, Keşlə bazarı), Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı), Suraxanı rayonu - Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı, Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi, Binəqədi rayonu - Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi), Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer), Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı), Cəfər Xəndan küçəsi, 54, “Oazis” restoranının yanı (“Ət pavilyonu” adlanan ərazi), Xətai rayonu - Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında), Yasamal rayonu - Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7, Xiyabani küçəsi, 10c, Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti, Nizami rayonu -Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi, Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi, Səbail rayonu - 20-ci sahə (Badamdar şosesi), Bayıl bazarı, Gülbala Əliyev küçəsi, Xəzər rayonu - Qala-Pirallahı yolu, “Lambir” müəssisənin arxası, Qaradağ rayonu - Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi), Aqrovest MMC (Lökbatan yolu, “Binə” ticarət mərkəzinin qarşısı), “Qoç-ət” MMC , Lökbatan qəsəbəsi, Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı, Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı, Zabrat qəsəbəsi," Azmeat" MMC,  Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6, Maştağa qəsəbəsi “Kanal” marketin yanı, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı.

Bölgələrdən: Gəncə şəhəri - Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı, Neftçala rayonu - Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi, Xili qəsəbəsi, Bankə qəsəbəsi, Həsənabad qəsəbəsi, Şamaxı rayonu - Şamaxı şəhər stadionun yanı, Göyçay rayonu - Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi), İsmayıllı rayonu - “Yaşıl market”, Lənkəran şəhəri - Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz, Ağdaş rayonu - Zeynəddin kəndi, mal bazarı, Quba rayonu - Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə, Şirvan rayonu - 18 №-li məktəbin həyəti, 16№-li məktəbin həyəti, Şəki şəhəri - Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı.

Bayramınız mübarək!

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır