Son xəbərlər

 

Vahid Əhmədov: “Dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırıldığı üçün  gömrük tərəfindən mənbə axtarılırdı  və nəticədə tapıldı”

 

Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Nazirlər Kabinetinin verdiyi məlumata əsasən, gömrük rüsumları artırılıb.

Belə ki, “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilib:

Qeyd edək ki, dəyişikliklə “Gömrük yığımlarının məbləğləri”nə 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilib. Bununla da gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olan mallar üzrə 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat ödəniləcək.

Novruz Məmmədov ile ilgili görsel sonucu

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan gömrük yığımlarının məbləğləri aşağıdakı kimidir:

Gömrük dəyəri 1 000 manatadək olduqda 10 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 50 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 100 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 275 manat rüsum ödənilir.

Yeni qərarla yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün rüsum 30 manata, digər avtonəqliyyat vasitələri üzrə 25 manata qaldırılıb.

Belə ki, indiyə qədər yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat rüsum tələb edilirdi.

Qərar 30 gün sonra qüvvəyə minəcək.

Ä°lgili resim

Deputat Vahid Əhmədov unikal.org-a müsahibəsində  bu qərarı qiymətləndirib. “Azərbaycanda gömrük yığımlarının məbləğləri 50 faiz artırılıb. Bu, daxili bazarda qiymətlərə necə təsir göstərəcək” sualına iqtisadçı deputat belə cavab verib: “Ümumi götürdükdə, buna 50 faiz artım demək olmaz. Malın dəyərindən aslı olaraq, gömrük rüsumlarının qiymətləri dəyişəcək. Burada 10, 15, 25 manat artım var. Əlbəttə, bu qərar gömrükdən keçən bütün mallara şamil edilir. Bu, gömrük yığımı üçün yaxşı olsa da, bazara müəyyən qədər təsir edəcək. Düzdür, Azərbaycanda idxal-ixrac əməliyyatlarında, ixrac idxalı üstələyir. Hardasa, ölkəmizdə istehsal da var. Bütün bunlara baxmayaraq, xaricdən Azərbaycana kifayət qədər məhsul idxal edirik. Ona görə də gömrük rüsumları artırıldığı üçün həmin malların dəyərində müəyyən qiymət artımı baş verəcək. Yəni bunun hansı səviyyədə olacağını bazar göstərəcək. Ümumi götürəndə, əlbəttə, Azərbaycanın daxili bazarındakı qiymətlərə təsiri qaçılmazdır”.

“Bildirilir ki, yığımların artırılması manatın dəyərinin dolların kursuna uyğun qorunub saxlanılması ilə əlaqədardır. Bu fikirlər nə qədər realdır” sualına V.Əhmədov belə cavab verib: “Gömrük yığımlarının artırılmasının mərkəzində tam başqa məsələ durur. Birincisi, bu il üçün dövlət büdcəsində gömrük ödənişlərinin məbləği artırılıb. Bu məbləğin dövlət büdcəsinə yığılıb, köçürülməsi üçün gömrük tərəfindən mənbə axtarılırdı və nəticədə tapıldı”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır