Son xəbərlər

 

Ekspert: “Bununla qaçaqmalçılığı azaltmaq, büdcə yığımını artırmaq mümkün deyil”

 

Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır.

Bunu Milli Məclisin dünən keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik  layihəsində əksini tapıb. Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər.

Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bu məbləğ alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,08 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat təşkil edəcək.

Qeyd edək ki, bu dəyişikliklərin əsas məqsədi Azərbaycana aksiz markası olmadan siqaret və alkoqollu içki idxalının qarşısını almağa yönəlib. Məsələ burasındadır ki, bir sıra sərhədyanı rayonların sakinləri qonşu ölkələrdən şəxsi istehlak üçün nəzərdə tutulan həcmdə siqaret və alkoqollu içkiləri gətirərək daxili bazarda satırlar.  Xüsusilə tütün məmulatlarının bu yolla vergidən yayındırılması halları geniş yayılıb. Bundan əlavə, ölkəyə gizli yollarla siqaret idxalı da həyata keçirilirş Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar göstərir ki, qurum əməkdaşları demək olar ki, hər həftə bir neçə dəfə belə faktların üstünü açırlar. Bəzi hallarda isə qaçaqmalçılar istəklərinə nail ola bilirlər. Bakı şəhərinin çoxsaylı ərazilərində maşınlarda qoyulub satılan aksizsiz siqaretlər bundan xəbər verir.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, aksizsiz tütün məmulatı və alkoqollu içkilərlə bağlı atılan son addımlar bu sahədə qaçaqmalçılığı azaltmaq baxımından heç də effektiv addım sayıla bilməz: “Bildiyiniz kimi, bu ilin əvvəlindən etibarən tütün məmulatları və alkoqollu içkilər üçün aksiz vergisinin həcmi də artırılıb. İyuldan isə onlara aksiz əldə etmək üçün əlavə rüsum ödəniləcək. Bunlar adlarını çəkdiyim məhsulların bahalaşmasına gətirib çıxarır. Bahalaşma olduqda isə həmin məhsulların qaçaqmalçılığı daha da genişlənəcək. Bu da büdcəyə ödəmələrin azalmasına gətirib çıxaracaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli ile ilgili görsel sonucu

N.Cəfərli bildirir ki, sərhədyanı zonada yaşayan insanlar yeni dəyişiklikdən zərərə düşəcəklər: “Etiraf edək ki, bu zonalarda yaşayan insanların xeylisi qanunvericiliyin imkan verdiyi həcmdə alkoqollu içki və tütün məmulatı gətirib satmaqla dolanırlar. Bu normaların azaldılması onların güzəranına ciddi mənfi təsir göstərəcək. Dövlətin ali vəzifəsi vətəndaşının daha yaxşı yaşamasını təmin etməkdir. Bu vəzifə gömrük öhdəliyindən də, vergi öhdəliyindən də yüksəkdə dayanır. Əgər dövlət vətəndaşını yaxşı dolandıra bilmirsə, vətəndaş qanunu pozmadan dolanmaq yolu tapırsa, buna xoşgörü ilə yanaşmaq daha yaxşı olardı. Bu, dövlətin alicənablığı olardı. Bunun əksini etmək, daxili satışı artırmaq, yaxud büdcəyə daha çox vəsait gəlsin deyə imkanları daraltmaq heç də humanist addım sayıla bilməz”.

N.Cəfərli deyir ki, kütləvi tələbat malları olmayan alkoqollu içkilərin və tütün məmulatlarının idxal rüsumlarını artırmaq təcrübəsindən xarici ölkələrdə də tez-tez yararlanırlar: “Burada bir məqsəd də əhalinin xüsusilə tütün məmulatlarından istifadəsini azaltmaq, sağlam həyata təşviqidir. Lakin nəzərə almaq lazımdır ki, bir məhsul qonşu ölkələrdə bizdən 3-4 dəfə ucuz olarsa, həmin məhsulun qaçaqmalçılığı artacaq. Bu baxımdan heç də bütün məsələləri inzibati yollarla həll etmək mümkün deyil”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır