Son xəbərlər

 

Bir çox xarici ölkə banklarında valyutanın nağdlaşdırılma faizi artırılır. Hazırda bizdə valyuta nağdlaşdırılmasına 1-2 faiz tətbiq olunursa, digər ölkələrdə bu, 5-6 faiz təşkil edir.

Belə olan halda həmin ölkələrin vətəndaşları nağdsız ödənişlərə üstünlük verirlər.

Bu sözləri Axar.az-a nağdsız ödənişlərin inkişafını ləngidən amillərdən danışan bank mütəxəssisi Sənan Həsənov deyib. O bildirib ki, nağdsız ödənişlərin inkişafını sürətləndirmək üçün insanları bunun faydaları barədə məlumatlandırmaq və sistemə müxtəlif əlavələr etmək lazımdır:

“Bu gün problem ondan ibarətdir ki, nağd və nağdsız ödənişlər arasında o qədər də böyük fərq yoxdur. Bu maneləri aşmaq üçün fərqləri formalaşdırmaq lazımdır. Belə olan halda nağdsız ödənişlər daha sürətli şəkildə inkişaf edəcək. Nağdsız ödənişlərin stimullaşdırılması çox vacibdir. Düzdür, bu gün mağazalarda nağdsız ödəmələr 0 faizlədir. Amma bundan əlavə həmin ödənişlər zamanı mağaza tərəfindən bonusların verilməsi də çox önəmlidir. Digər bir məsələ isə həmin ödəmələrin dövlət tərəfindən stimullaşdırılması amilidir. Nağdsız formada qəbul olunan ödəmələrdə hansısa bir endirimlər və ya vergi güzəştləri tətbiq etmək nağdsız ödənişlərin inkişafına təkan verə biləcək amillərdəndir. Bu da ticarət mənqələrini və iaşə obyektlərini maraqlandıracaq və onlar da alış-verişdə ödəmələrin nağdsız şəkildə aparılmasında mühüm rol oynayacaq. Belə addımlar atılarsa, nağdsız ödənişlər sürətlə inkişaf edəcək”.

Qeyd edək ki, Azərbaycanda nağdsız əməliyyatların bu ilin yanvar-avqust ayları ərzində ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Belə ki, həmin dövr ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 696 milyon manat həcmində əməliyyatlar həyata keçirilib.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır