Son xəbərlər

 

İnsanlara hər zaman zövqlü olmağı, geyim tendensiyalarından düzgün istifadə etməyi məsləhət edirəm. Çünki bu, hər zaman gündəmdədir.

 

Bu sözləri Axar.az-a insanların istifadə etdiyi geyimlərə münasibət bildirən modelyer Gülnarə Xəlilova deyib. O bildirib ki, ən böyük trend zövqlü olmaqdır.

"Bəzi insanlar qarderoblarını yalnız yeni dəbə uyğunlaşdırmağı sevir. Dəb gözəldir, yaxşı geyinmək də gözəldir. Amma dəbdə olan hər şey hamıya yaraşmaya bilər. Yaxşı olardı ki, insanlar yeni çıxan hər şeyi dərhal öz üzərlərində görmək istəməsinlər. Dəbdə olan geyim onu geyinənə yaraşmalıdır. Ona görə də insanlar daha çox zövqlə geyinməyə üstünlük versinlər. Zövqlü olmaq elə dəbdə olmaq deməkdir. Həqiqətən zövqlü insanlar isə hər zaman yeni çıxan geyimləri geyinməyi sevmir. Toplumdan fərqlənmək istəyən zövqlü insanlar seçimlərini bu cür edirlər. Şəxsən mən özüm də yeni paltarları istifadə etməyi sevmirəm. Ona görədir ki, illər əvvəl hazırladığım geyimləri bu gün də podiumlarda görürəm".

Modelyer paltar seçimi zamanı onun zahiri görünüşünə, yaşa uyğun olmasına diqqət etməyin vacib olduğunu vurğulayıb:

“Hər zaman deyirəm ki, güzgü bizim ən yaxın dostumuzdur. İnsan güzgüdə özünə tənqidi yanaşmağı bacardığı müddətdə düzgün geyim seçmə şansı daha çox olur. Ancaq bu gün deyə bilmərik ki, bütün insanlar geyim seçərkən bədən quruluşlarını, yaşlarını nəzərə alırlar. Bədən quruluşuna uyğun geyim seçmək üçün insan özünə bir az tənqidi yanaşmalıdır. Çünki hər kəs başa düşməlidir ki, hər yaşın, bədənin özünə uyğun geyimləri var. Bu gün paltar seçimində xanımların bir çoxu geyimləri ilə cavan görünmək istəyir və bununla da gülünc vəziyyətə düşür. İnsan geyinərkən yaşı nəzərə alanda daha gözəl gürünür. Geyimin həm funksional baxımdan, həm də estetik görünüşcə düzgün seçilməsi onu mükəmməl edir. Hər hansısa bir faktoru qeydə almadıqda isə artıq yanlış geyim ortaya çıxır”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır