Qurban bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Azərbaycan Dəmir Yollarından Axar.az-a verilən məlumata görə, bayram günlərində sərnişin sıxlığını nəzərə alaraq QSC Sərnişin daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.
Eyni zamanda, Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.