Son xəbərlər

 

Mütəxəssislər ana dili kimi, milli geyimi də təfəkkür tərzi, daha dəqiq desək, təfəkkürümüzün formalaşmasına təsir edən amil kimi nəzərdən keçirirlər.

Milli geyimlər də əsassən yaşam və düşüncə, təfəkkür ifadəsi kimi meydana çıxıb.

Ancaq bu gün qlobal təbliğat maşınının qurbanlarına çevrilmişik. Mədəniyyətlər kimi, geyimlər də xarici təsirlərin – daha dəqiq desək, Qərbin təzyiqi altındadır. Bəs geyimlərin dəyişməsi təfəkkürümüzün, yaşam tərzimizin də dəyişməsinə səbəb olurmu?

Məsələ ilə bağlı Axar.az-a tanınmış psixoloq Elnur Rüstəmov bildirib ki, Qərb geyim axını ölkələrə, eləcə də bizə birbaşa gəlmir:

“Bunun üçün ilk növbədə müxtəlif üsullarla təbliğat həyata keçirilir. Filmlərdə, çəkilən kliplərdə, müəyyən çarxlarda əvvəlcə həmin vasitələr haqında müəyyən informasiyalar yerləşdirilir, tələbat yaradılır. Daha sonra isə insanlar könüllü şəkildə onlardan istifadəyə başlayır. Göründüyü kimi, ilk növbədə təfəkkürün dəyişdirilməsi prosesi həyata keçirilir. Qloballaşma dövrünü yaşadığımız üçün insanlar artıq bu axına tez düşür, normal qəbul edir. Nəticə isə göz önündədir. Müşahidələrimiz göstərir ki, artıq insanlar yeni dəblə geyinməyə can atırlar. Bu, qarşısıalınmaz bir axındır. Çünki Qərb öz təsir mexanizmini genişləndirir”.

Psixoloq qeyd edib ki, ölkələrdə sürətli inkişaf, elmi-texniki tərəqqi genişləndikcə insanların geyimləri, düşüncələri də yavaş-yavaş dəyişməyə başladı:

“Doğrudur, insanların geyimləri onların duyğu və düşüncələrinə təsir edir. Ancaq tam olaraq yeni dəb axınının təfəkkürümüzü, milli fikirlərimizi dəyişəcəyini düşünmürəm”.

Modelyer Gülnarə Xəlilova insanların dəb axınına uyğunlaşmasının onun təfəkkürünə təsir edib-etməməsini şərh edərkən dedi ki, hazırda bir çox geyim formaları gündəmdədir:

“Bunu Qərbdən gələn geyim tendensiyaları ilə əlaqələndirmək doğru deyil. Yəni bu tək Avropadan və ya hansısa xarici ölkədən gələn axınla əlaqədar deyil. Çünki artıq hər ölkənin öz dizaynerlərinin geyim təqdim etmə formaları var. Bu axın təkcə geyimdə deyil, həm də texnika vasitələrində də özünü göstərir. Amma bunun Azərbaycanda həddindən artıq geniş vüsət aldığını demək yanlış olar”.

Modelyer qeyd edib ki, bu gündə milli təfəkkürü olan kifayət qədər insanlar var:

“İnsanın təfəkkürünün geyimlə dəyişəcəyini düşünmürəm. Milli təfəkkürün formalaşmasında əsas məqam geyim yox, məhz valideynlərdir. Yəni uşaqların böyüdülməsində və yetişdirilməsində valideynlərin rolu böyükdür. Dəb isə aktualdır, gündəmdir, buna təlabat və bundan istifadə edənlər var. Demək olmaz ki, bu bizim düşüncə tərzimizi dəyişəcək. Müşahidə etməyi sevən biri olaraq deyə bilərəm ki, bu gün milli təfəkkürü, milli ruhu yüksək, ancaq son dəblə geyinən gənclər də var və az deyil. Doğrudur. geyim insanlarda fikir formalaşdıra bilər, ancaq xarici görünüşə əsasən insanların düşüncəsini qiymətləndirmək olmaz”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır