Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azəriqaz İB-dən Axar.az-a verilən məlumata görə, məhdudiyyət rayonun Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.
Saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Binəqədi rayonunun, 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazidə təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.