Son xəbərlər

 

“Koroğlu” stansiyasının çıxışında yerləşən marşrut dayanacağında hər gün xaos yaşanır.

Taksi xidməti göstərən avtomobillərin marşrut dayanacağında, marşrutların sərnişinlər üçün nəzərdə tutulmuş yerdə, sərnişinlərin isə yolun ortasında dayanması ərazidəki problem daha da qəlizləşdirir. Uzun illərdir davam edən bu problem isə heç kəsi narahat etmir. Mütəmadi olaraq sözügedən ərazidə reydlər keçirib, təmizlənmə işləri aparılır. Gələcəkdə hansısa bədbəxt hadisənin baş verməməsi üçün daha ciddi tədbirlər görülməlidir.

Problemlə əlaqədar Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu məsələ onları da narahat edir. Lakin buna qarşı dəfələrlə mübarizə aparsalar da, nəticəsiz qalıb:

“Bu məsələ BNA-nı ciddi şəkildə narahat edir. “Koroğlu” stansiyası ətrafında, xüsusilə bildirdiyiniz ərazidə taksilərin dayanması üçün yerlər ayrılıb. Ancaq siz də şahidi olmusunuz ki, taksilər onlara ayrılan yerdə deyil, avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlarda dayanaraq xaotik vəziyyət yaradırlar.

Orada dayanan taksilərin əksəriyyəti qeyri-qanuni taksi xidməti göstərənlərdir. BNA olaraq dəfələrlə orada maarifləndirici tədbirlər keçirib, taksi sürücüləri ilə müəyyən izahedici işlər aparmışıq. Lakin nəticə əldə etmək münkün olmayıb”.

M.Ağayev bildirib ki, həmin ərazidə təmizlənmə işlərinin aparılması üçün daha çox yük Dövlət Yol Polisinin üzərinə düşür:

“Bu gün BNA müəyyən məcburedici və cəzalandırma mexanizimlərinə malik olmadığı üçün ciddi tədbirlər də görə bilmir. İndiki halda həmin ərazidə vəziyyətin dəyişməsi üçün daha çox DYP üzərinə iş düşür. Taksi sürücülərini cəzalandırmaq və cərimələmək də Dövlət Yol Polisi əməkdaşlarının işidir”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır