Son xəbərlər

 

Yanğınlarla bağlı statistika açıqlandı

Azərbaycanda yanğınların baş verməsi halları azalıb.

 

“Qafqazinfo” Trend-ə istinadən bildirir ki, 2000-ci ildə Azərbaycanda 2 525, 2016-cı ildə isə 2 194 yanğın baş verib. Məlumatlardan aydın olur ki, son 16 il ərzində Azərbaycanda qəsdən törədilən yanğınların sayı 4 dəfə artıb. 2000-ci ildə Azərbaycanda qəsdən 51 yanğın tərədildiyi halda, 2010-cu ildə bu rəqəm 199, 2011-ci ildə 155, 2012-ci ildə 136, 2013-cü ildə 158, 2014-cü ildə 210, 2015-ci ildə 232, 2016-cı ildə 228 olub.

Ümumilikdə, Azərbaycanda yanğınların baş vermə səbəbləri arasında ilk yeri elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması tutur.

Son 16 ildə bu səbəbdən baş verən yanğın saylarını müqayisə etdikdə görmək olur ki, il ərzində baş verən yanğınların çoxu bu səbəbdən baş verib və belə yanğınların il ərzindəki sayı 700-1000 arasında dəyişib.

2000-ci ildə elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən 732, 2010-cu ildə 913, 2011-ci ildə 917, 2012-ci ildə 892 , 2013-cü ildə 917, 2014-cü ildə 1036, 2015-ci ildə 820, 2016-cı ildə 835 yanğın baş verib.

Yanğının baş vermə səbəbləri arasında 2-ci yeri odla ehtiyatsız hərəkət etmə tutur. Bu səbəbdən baş verən yanğınlar hazırda bütün səbəblər arasında 2-ci yeri tutsa da, 16 il əvvəl odla ehtiyatsız davranma nəticəsində baş verən yanğınların sayı elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində baş verən yanğınların sayını üstələyib.

2000-ci ildə elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması nəticəsində 732 yanğın baş verdiyi halda, odla ehtiyatsız hərəkət etmə nəticəsində baş verən yanğınların sayı 1 253 olub. Bu say sonrakı illərdə azalmağa doğru dəyişərək 2016-cı ildəki 340 göstəricisinə enib.

Azərbaycanda siqaret çəkilməsi zamanı baş verən ehtiyatsızlıqdan yaranan yanğınların sayı azalıb. Bu səbəbdən 2000-ci ildə 445, 2005-ci ildə 502 yanğın baş verdiyi halda, 2016-cı ildə onların sayı xeyli azalaraq 54-ə enib.

Ümumilikdə, ölkədəki yanğınların çoxu yaşayış sahəsində qeydə alınır.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır