Son xəbərlər

 

Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual olan problemdir.

 

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu deyib. Sosioloq bildirib ki, uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır:

“Hazırki dövrümüz uşaq tərbiyəsi baxımından çox həssas dövrdür. Çünki müasir texnologiyalar həyatımızı inqilabi kəşflər səviyyəsində dəyişib. Artıq onlar yalnız ünsiyyət vasitəsi deyil, insanlar üçün gündəlik həyatın ayrılmaz bir parçasıdır. Lakin bunun müsbət tərəfləri kimi mənfi tərəfləri də az deyil. Müasir texnologiyalar həyatımızı zəbt etdiyi kimi, azyaşlı uşaqların da əsas əyləncə mənbəyinə çevrilir. Əlbəttə ki, uşaqları texnologiyadan uzaq tutmaq olmaz. Amma bu işdə valideynlər çox diqqətli olmalıdır. Ona görə ki, valideynlər uşaq tərbiyəsində bəzən şəxsi intuisiyalarına, bəzən öz valideynlərinin təcrübəsinə, bəzən isə mütəxəssislərə etibar edirlər. Amma bütün hallarda bu gün valideyn-övlad arasındakı problemlər tərbiyə metodunun düzgün seçilmədiyini göstərir. Bu, əvvəlki illərin təcrübəsini müasir dövrdə uşaqlara təbliğ etməyə çalışdıqlarına görə baş verir. Çünki əsr, zaman dəyişir. Yeni texnologiyaların yaranması yeni tərbiyə metodlarının inkişaf etdirilməsini şərtləndirir. Bu gün valideynlər yalnız uşaqların internetdən istifadə vaxtlarını məhdudlaşdıra bilərlər”.

C.İmamoğlu uşaqlara düzgün tərbiyə metodlarının seçilməsi üçün əsas şərtin valideynlərin də maariflənməsi olduğunu qeyd edib:

“Valideynin diqqətsizliyi uşağın kompüter və telefon arxasında çox vaxt keçirməsinə əsas səbəbdir. Valideyn öz rahatlığı üçün çox vaxt bu vasitələrdən rüşvət kimi istifadə edir. Bu kimi halların olmaması üçün hazırda uşaqların yetişdirilməsində valideynlərin maarifləndirilməsinə böyük ehtiyac var. Bu məsələ ilə bağlı ilk növbədə valideynlərin özünün internetdən düzgün istifadə etməsi üçün maarifləndirici tədbirlər görülməlidir. Hər bir valideyn bilməlidir ki, övlad tərbiyəsinə həm adət-ənənələrin öyrədilməsi, həm də cəmiyyətə faydalı bir vətəndaş yetişdirilməsi üçün yenilikləri onlara təbliğ etmək lazımdır”.

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır