Son xəbərlər

 
“Qarabağlı elit cinayətkarları başına toplayıb...” - GENERALLARIN KABAB SÜFRƏSİNDƏ NƏ DANIŞDIQLARI ÜZƏ ÇIXDI














Serj Sərkisyan hazırda Ermənistanda hakimiyyətdə olmasa da Qarabağın hakim elitasına böyük təsirə malikdir. O, başına elit qarabağlı cinayətkarları toplayıb və Paşinyana qarşı planları müzakirə edir.

Virtualaz.org xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə qondarma “dqr parlamentinin” yeganə müxalifətçi “deputatı” Ayk Xanumyan deyib. Onun bildirdiyinə görə, hazırda Dağlıq Qarabağda hakim elitanın davranışları böyük ölçüdə Sərkisyanın göstərişləri ilə formalaşır.

“Vaxtilə Dağlıq Qarabağda Ermənistanla münasibətlər belə idi: Serj Sərkisyan vardı, onun tərəfindən təyin olunmuş Dağlıq Qarabağ hakimiyyəti vardı və heç kim Qarabağda Yerevanı tənqid etməyə cəsarət etməzdi. Bu gün Dağlıq Qarabağan müxtəlif məsələlərlə bağlı Ermənistan hakimiyyətinə qarşı tənqidlər səslənir. Bu nə yaxşıdır, nə də pis, normal ola bilərdi, bir şərtlə ki, təbii şəkildə baş versəydi. Lakin məsələ belədir ki, mən burada istiqamətləndirmə görürəm, bu da Serj Sərkisyanla bağlıdır”, - Xanumyan belə deyib.

“Yəni Serj Sərkisyan əmr verir və deyir ki, Ermənistanın yeni hakimiyyətini tənqid edin?”, - jurnalist soruşub.

“Mən buna əminəm, içəridən gələn məlumatlar, habelə onların müxtəlif monastırlarda, o cümlədən gecə tonqalları başında, kartoflu kabab arxasında və s. nə danışdıqları barədə informasiyalar var”, - qarabağlı “deputat” bildirib.

Bəs gecələr tonqal başına yığışanlar, yaxud kabab yeyib planlar müzakirə edənlər kimlərdir?

Xanumyan deyir ki, bunlar general paqonlu keçmiş güc strukturları rəhbərləridir, “prezidentin” iqamətgahından bəzi məmurlardır, keçmiş “baş nazir “Araik Arutyunyandır və digərləridir. “Onların hamısını Serj Sərkisyan istiqamətləndirir və buna heç bir şübhəm yoxdur”, - o deyib.

“Yəni Serj Sərkisan onun hakimiyyəti dövründə Qarabağa hərbi, təhlükəsizlik sferasında rəhbər vəzifələr tutan adamları yığıb onlardan hansısa komanda düzəltməyə çalışır?” - “Azadlıq” radiosunun müxbiri soruşub.

Xanumyan bildirib ki, qondarma “təhlükəsizlik şurası katibi” general Vitali Balasanyanı çıxmaqla bütün həmin adamları, o cümlədən Bako Saakyanın yaxın ətrafını, Araik Arutyunyanı, Serj Sərkisyanı, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanı müxtəlif istiqamətlərdə törətdikləri birgə cinayətlər birləşdirir. O cümlədən mühüm korrupsiya işləri üzrə.

“Son vaxtlar mən dəfələrlə demişdim ki, Serj Sərkisyanın qohumları, ailə üzvləri, Dağlıq Qarabağ rəhbərliyinin müxtəlif nümayəndələri milyonlarla dram yuyublar və həmin adamları keçmişdə törətdikləri cinayətlər, barələrindəki böyük kompromatlar birləşdirir. Əgər işlər belə deyək, Ermənistandakı kimi düz getməsə onlar hamısı ifşa olunarlar, cinayət işləri açılar və s.”, - Ayk Xanumyan belə deyib.

Xatırladaq ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan və komandası ilə Dağlıq Qarabağdakı rejim arasında ciddi ixtilaflar mövcuddur. Bu ixtilaflar zaman-zaman üzə çıxır. Məsələn, bu günlərdə Şuşanın işğalının bayram edilməsi zamanı jurnalistlər general Vitali Balasanyandan təmas xəttində atışmaların artması haqda xəbərlərə münasibət soruşublar. Balasanyan isə deyib: “Gedin bu haqda lift danışıqlarının aparıcısından soruşun”.

Balasanyan Paşinyanın ötən ilin payızında Astanada Azərbaycan prezidenti ilə baş tutmuş qeyri-formal ünsiyyətinə eyhamla ona istehza edirdi. Və erməni mətbuatının yazdığına görə Paşinyan bunu eşidəndə Bako Saakyana deyib: “Ona de özünü yığışdırsın, yoxsa gələn dəfə onunla başqa dildə danışarıq”.

Paşinyan Qarabağdan qayıdandan sonra yazmışdı ki, ona bəzi qüvvələrin Dağlıq Qarabağ “əks inqilab ocağına” çevirməyə çalışdığı haqda xəbərlər çatır. Və belə olsa o Dağlıq Qarabağı “inqilab ocağına” çevirəcək.
14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell