Son xəbərlər

 

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?















100 yaşını qeyd edən bu struktura Məmmədbağır Şeyxzamanlıdan başlayaraq, səs-küylü Eldar Mahmudova qədər rəhbərlik edənlərin tarixçəsi…

Martın 28-də Azərbaycanda ənənəvi olaraq təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Bu il isə Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi tamam olur. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib.

“Yeni Müsavat” xatırladır ki, Azərbaycanın ilk milli təhlükəsizlik naziri Məmmədbağır Şeyxzamanlıdır. O, Azərbaycan Demokratik Respublikasının (ADR) 1919-cu il iyun və avqust aylarında MTN rəhbəri olub, avqustun 1920-ci ilin martına qədər Nağı bəy Şeyxzamanlı bu vəzifəni tutub. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (“NKVD”) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

Sovet Azərbaycanında isə bu postu tutan əsasən ruslar olsa da, azərbaycanlılara da bu vəzifə verilib. Bunlar tarixi ardıcıllıqla Baba Əliyev, Eyyub Xanbudaqov, Mircəfər Bağırov, Novruz Rzayev, Heydər Əliyev, Ziya Yusifzadə və Vaqif Hüseynovdur. Sonuncusu müstəqil Azərbaycanın ilk vaxtlarında da milli təhlükəsizlik orqanı rəhbəri olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb.

Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

V.Hüseynov 1991-ci ilin sentyabrına qədər nazir işləyib. Həmin vaxtdan 1992-ci ilin mayına qədər isə İlhüseyn Hüseynov nazir təyin olunub. O, 2006-cı ildə vəfat edib.

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?


1992-ci ilin mayından 1993-cü ilin iyununa qədər Fəxrəddin Təhməzov MTN rəhbəri işləyib. O, Gəncə qiyamı ilə bağlı qısa müddətli həbs cəzası alıb. Onun davamçısı Nəriman İmranov olub və cəmi bir il, 1994-cü ilə qədər vəzifədə qalıb.

1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasının təşkilinə görə vətənə xəyanət ittihamı ilə ömürlük məhkum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

N.İmranovdan sonra uzun müddət MTN rəhbəri Namiq Abbasov işləyib. O, 10 il – 2004-cü ilə qədər nazir olub. N.Abbasov 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistanda səfiri işləyib.

Ən nəhayət, N.Abbasovun yerinə gələn və hələ ki ən uzun müddət MTN rəhbəri işləyən Eldar Mahmudov olub. E.Mahmudov təhlükəsizlik orqanı rəhbərləri arasında ən səs-küylü şəkildə vəzifədən gedən nazirdir.

2005-ci ildə keçirdiyi əməliyyatla qanqster Hacı Məmmədovun cinayətlərini ifşa edən MTN rəhbəri 2015-ci ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, bu strukturun generalları, polkovnikləri, rütbəli şəxsləri həbs edilib, antiterror mərkəzinin rəis müavini İlqar Əliyev istintaq təcridxanasında özünü asıb. Onlar şantaj, korrupsiya, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunublar, E.Mahmudovun köməkçisi Vüqar Mahmudov da həbs edilib, özü istintaqa çağırılaraq dindirilib.

Azərbaycanın milli təhlükəsizlik orqanı rəhbərləri kimlər olub?


MTN-in ləğvindən sonra prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidməti yaradıldı və Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisi Mədət Quliyev bu qurumun başına gətirildi.

General-polkovnik, Milli Qəhrəman M.Quliyev milli təhlükəsizliyin təmin edilməsi və milli maraqların müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell