Son xəbərlər

 

KİV-in yaydığı məlumata əsasən, cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclası keçirilib.

 

Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında RF-nin icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər.

Bununla bağlı Xarici İşlər Nazirliyi bəyanat verib. 

“Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də, həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Respublikasının XİN-i Rusiya Federasiyasının XİN-ə öz narazılığı və hiddətini bildirdi.

“Lazarev klubu”nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair RF XİN-in mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, RF dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur.

Eyni zamanda, onun tərəfindən deyildi ki, RF ATƏT-in Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, “həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar.

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq.

Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, “Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”. - bəyanatda deyilir.

08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell
28 Aprel 2024 Qalant: İsrail bunu etməyə borcludur!