Son xəbərlər

 

“Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində Azərbaycan rəhbərliyini kompromis istəməməkdə günahlandırıb. O qeyd edib ki, Azərbaycan son zamanlar silahlanmağa, hərbi büdcəni artırmağa və müharibə təhlükəsinin artması ilə bağlı bəyanatlar verir. K.Zatulin bildirib ki, o və həmkarlarının məqsədi müharibənin başlanmasının qarşısını almaqdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu məsələyə diqqət çəkərək deyib ki, sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı paytaxtımızda keçirilən hərbi paradda Azərbaycan ordusunun gücünü gördükdən sonra  K.Zatulin və onun kimi ermənipərəst qüvvələr narahatlıq hissi keçiriblər:

“Zatulin müsahibəsində iddia edib ki, müharibə çağırışları ilə bağlı bizim rəqibimiz Azərbaycanın rəhbərliyi və siyasi dairələrdir. Mən Milli Məclisdə çıxış edərkən də bildirdim ki, Azərbaycanın siyasi dairələri Azərbaycan xalqı və ölkə rəhbərliyidir. Həmçinin qeyd etdim ki, bu gün parlamentdə Azərbaycan xalqı təmsil olunur. Parlamentdə bitərəflər və 10-dan çox siyasi partiyanın nümayəndələri var.  K. Zatulin belə fikirlər formalaşdırmaqla həm Azərbaycan hakimiyyətinə və xalqına qarşı çıxmış olur. O həmçinin müsahibəsinə deyib ki, əgər müharibə başlasa Azərbaycan dövlətinin özü dağılacaq. Hesab edirəm ki, onun bu  açıqlaması birbaşa olaraq Azərbaycan dövlətinə təhdiddir. Və biz bunu qətiyyətlə pisləyirik! Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Amma o,  Rusiya parlamentində təmsil olunduğuna görə, onun qeyri-ciddi fikirlərinə münasibətimizi bildirməliyik. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Milli Məclisdə təmsil olunan deputatların fikirləri onların şəxsi mövqeyidir”.

Çingiz Qənizadə bildirdi ki, Azərbaycanla Rusiya arasındakı dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsi erməni lobbisini və onların təsiri altında olan ayrı-ayrı şəxsləri çox narahat edir.

“Bu baxımdan da onlar bu münasibətə, dostluğa, əməkdaşlığa kölgə salmaqdan ötəri əllərindən gələni etməyə hazırlaşırlar. Xüsusilə də son vaxtlar Rusiya prezidenti Vladimir Putin ilə cənab prezident  İlham Əliyevin təkbətək görüşləri, qarşılıqlı səfərlər, razılaşmalar bu cür dairələri narahat edir. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi qeyd edirəm ki, bu cür dostluğun və əməkdaşlığın inkişafında maraqlıyıq. Və cənab prezident tərəfindən bu istiqamətdə aparılan işlərə müvvəffəqiyyətlər arzulayırıq.

Ç.Qənizadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.

“Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Bizə qonşu ölkədir. Mən deputat həmkarlarıma, siyasətçilərə, jurnalistlərə müraciət edirəm ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar. Bir hüquqşünas kimi qeyd edirəm ki, SSRİ dövründə baş verən hadisələri Rusiya ilə bağlamaq yanlışlıqdır. Biz demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Deyirik ki, keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyi və sovet ordusu törədib. Biz bu cür məsələlərlə bağlı olduqca ayıq=sayıq olmalıyıq. Və dostluq münasibətləriinə kölgə salacaq hərəkətlərdən çəkinməliyik”.

Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib:

“ Zatulin 23 may 2010-cu ildə Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib. Müşahidəçi qismində orada iştirak edib.  Bu da onun bitərəfliyini şübhə altına alır. Beynəlxalq hüququn subyekti olmayan bir ərazidə heç kim tərəfindən tanınmayan “seçkiləri” izləmək adı ilə Dağlıq Qarabağa səfər etməsi onun ermənipərəst mövqeyinin bariz nümunəsidir. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, çoxsaylı ermənilər də yaşayır. Şübhəsiz ki, onun ermənilərlə sıx əlaqəsi var. O, bütün fəaliyyəti boyu özünün ictimai-siyasi fəaliyyətini erməni lobbisinin təsiri və maliyyəsi ilə həyata keçirən biridir”.

Deputat deyib ki, bir neçə gün bundan öncə bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin Dağlıq Qarabağ adı altında mitinq keçirmək cəhdləri ilə əlaqədar jurnalist ona sual verib:

“Jurnalist sualında dedi ki, siz niyə mitinqə qatılmadınız, axı siz də xalq hərəkatının nümayəndələrindən birisiniz? Mənim cavabım isə jurnalistə qısa və konkret oldu. Dedim ki, Dağlıq Qarabağ probleminin  həlli  ilə bağlı məsələni xalq olaraq səlahiyyəti və etibarı cənab prezidentə vermişik. Və bizim hər birimiz cənab prezidentin əsgəriyik. Əgər müharibə olacaqsa biz silahla, sülhlə Qarabağ azad olunacaqa gül-çiçəklə biz ora gedəcəyik”.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell