Son xəbərlər

 

Politoloq deyir ki, məsələnin kökündə ABŞ-Çin rəqabəti dayanır.

 

ABŞ prezidenti Donald Trampın Administrasiyası insan haqlarının pozulması ilə bağlı Çinə qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə “Sputnik” “Nyu York Tayms” qəzetinə istinadən məlumat yayıb. 

Qəzet yazır ki, əgər Tramp administrasiyası yeni sanksiyaları qəbul etsə, onda bu, insan haqlarının pozulmasına görə Çinə tətbiq olunacaq ilk sanksiyalar olacaq. Yeni sanksiyalar ABŞ-dan uyğurlara nəzarət etmək üçün istifadə olunan müşahidə texnologiyalarının tədarükünü məhdudlaşdıracaq. Nəşr yazır ki, Ağ Ev, Maliyyə Nazirliyi və Dövlət Departamenti son aylar sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirir.

Qeyd edək ki, daha əvvəl mətbuat Çinin Sintszyan-Uyğur muxtar rayonunda müsəlmanlar üçün olan “təhsil düşərgələri”ndə bir milyona qədər etnik uyğurun saxlanıldığını yazıb. İddia edilir ki, Çin rəhbərliyi onları Çin dili, qanunlarını öyrənməyə məcbur edir. Bu düşərgələrdə onlar bir növ “transformasiya”dan keçirlər.

Məsələ ondadır ki, Çində uyğurlarla bağlı problem yeni deyil. Çin hökuməti uyğurlar arasında müstəqillik çağırışlarını, siyasi və insan haqları fəallarını təqib edir. Bu tendensiya, ümumiyyətlə, yeni deyil. lakin son illərdə uyğur mövzusunda yeni bir problem ortaya çıxıb: Radikal İslam. Əgər ötən əsrin sonlarında, son 10 ilə qədər uyğurlar arasında türkçülük, millətçilik ön sırada idisə, son illərdə bu tendensiya dəyişib. Məsələn, hazırda Suriyada fəaliyyət göstərən, mərkəzi İdlibdə yerləşən ən böyük 3 silahlı qrupdan biri Türküstan İslam Partiyası silahlı qruplaşmasıdır. Hansı ki, uyğurlardan təşkil olunub. 

Çin hökuməti isə məhz bu amildən istifadə edərək uyğurlara təzyiqləri artırır. Çünki Uyğur vilayətində silahlı hərəkatın başlaması təhlükəsi var. Ancaq rəsmi Pekinin metodu həddən artıq sərt və amansızdır. Belə ki, Çin hökuməti Sincan-Uyğur muxtar vilayətində uyğurları, qazaxları, qırğızları və digər türk-müsəlman fəalları xüsusi düşərgələrə yerləşdirir. Hündür hasarlar, tikanlı məftillərlə əhatə olunmuş bu düşərgələrdə müsəlmanların “islah olunması” üçün xüsusi təlim-tərbiyə üsullarından istifadə edilir, təbliğat videoları nümayiş etdirilir, insanların beyinləri yuyulur, Çin Kommunist Partiyasına sədaqət andı içdirilir.

Politoloq Şahin Cəfərli deyir ki, Çin hökumətinin bu “islah” layihəsinə böyük pullar və inzibati resurslar cəlb olunub. Almaniyadakı Avropa Mədəniyyət və Teologiya Məktəbinin alimi Adrian Zents hesablayıb ki, 2016-cı ildən bəri bu düşərgələrin tikintisinə azı 680 milyon yuan (107 milyon dollar) xərclənib və yeni düşərgələrin inşaatı davam edir. Düşərgələrdə kriminal psixologiya üzrə mütəxəssislər, Çin ordusunun keçmiş hərbçiləri və keçmiş polislər işə cəlb olunur.

Ancaq uyğur mövzusunun məhz indi ABŞ-ın yadına düşməsi heç şübhəsiz ki, uyğurların Çin zülmünə məruz qalması ilə bağlı deyil. Vaşinqtonun yadına uyğur məsələsini salan Çinlə münasibətlərdir. Politoloq deyir ki, ABŞ-Çin münasibətləri gərginləşməsəydi, yəqin ki, uyğur məsələsi ABŞ hökumətinin yadına düşməyəcəkdi. 

Bir qədər əvvəl senator Marko Rubio başda olmaqla, 16 Konqres üzvü Trampa müraciət uyğurların və digər müsəlmanların hüquqlarını pozan çinli məmurlara qarşı “Maqnitski Aktı” çərçivəsində sanksiyaların tətbiqinə çağırıb.
Son aylar Qərb hökumətləri düşərgələrə baş çəkmək üçün bir neçə dəfə Çin hökumətinə müraciət etsələr də, rədd cavabı alıblar. İyul ayında AB - Çin insan haqları üzrə dialoqu zamanı Avropa tərəfi bir daha bu məsələni qaldırsa da, nəticəsi olmayıb. Ötən həftə Almaniya Daxili İşlər Nazirliyi bu ölkəyə pənah gətirmiş uyğurların və digər çinli müsəlmanların Çinə deportasiyasını dayandırdıqlarını açıqlayıb.

Похожее изображение

Ş.Cəfərli deyir ki, Çin hökuməti sözügedən düşərgələrin mövcud olduğunu inkar etmir, lakin bildirir ki, bu düşərgələr müxtəlif inzibati pozuntular törətmiş şəxslərin islah olunması üçün yaradılıb: “Ədalət naminə onu da qeyd edək ki, bölgədə (eləcə də qonşu Əfqanıstanda, Suriyada) əksəriyyəti uyğurlardan ibarət Türküstan İslam Partiyası (keçmiş Doğu Türküstan İslam Hərəkatı) adlı terror təşkilatı da fəaliyyət göstərir. Çin bu səbəblə Suriya rejiminin İdlib əməliyyatını dəstəkləyəcəyini açıqlayıb.
Sincan-Uyğur muxtar bölgəsinin strateji əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq yetərlidir. Bölgə Çinin şimal-qərbində yerləşir və 8 dövlətlə həmsərhəddir: Rusiya, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Hindistan və Cammu-Kəşmirin Pakistanın nəzarətindəki hissəsi. Yəni bura Çinin dünyaya çıxış istiqamətlərindən biri və qərb qapısıdır, məhz bu səbəblə ABŞ-ın diqqətini cəlb edir".

Şahin Cəfərli qeyd edir ki, Trampın uyğur mövzusunu ələ alması Çin-ABŞ qarşıdurmasını daha da dərinləşdirə bilər: “Bu bölgədə separatizm, qeyri-sabitlik ABŞ-a sərf edir, bunun üçün uyğurların tam əzilməsinə yol verməmək lazımdır. Çin isə burada dəmir intizam və möhkəm sabitlik yaratmaq istəyir ki, həyati önəmə sahib layihələrini gerçəkləşdirə bilsin, həm də, təbii ki, ərazi bütövlüyünü qorusun.

Ümumiyyətlə, Çinin quru və dəniz sərhədlərinə diqqət etsəniz, görərsiniz ki, orada ya qeyri-sabitlik var; Çin ya həmin həmsərhəd ölkələrlə problem yaşayır; ya da ABŞ orada güclənməyə çalışır, hərbi bazalar yaradır və s... Yəni bir növ, mühasirə vəziyyəti. ABŞ-ın mühasirə həlqəsini daraltmaq, Çinin isə mühasirəni yarıb dünyaya açılmaq cəhdləri davam edəcək".

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell