Son xəbərlər

 

Qabil Hüseynli: “Beynəlmiləl şəhər adı altında ermənilərin Bakıda yerləşdirilməsi sovet hakimiyyətinin siyasətinin əsaslarından birini təşkil edirdi”.

 

“Etiraf etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının I katibliyinə gəldikdən sonra ermənilərə qarşı mübarizənin geniş səhifəsi başladı”

15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsindən yüz il ötür. Tariximizə qızıl hərflərlə yazılan bu günü təntənəli şəkildə keçirmək üçün ciddi hazırlıqlar görülür. Həmin gün yüz illiklə əlaqədar hərbi parad keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu tarixi günlə bağlı təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələcək.

15 sentyabr yaxınlaşdıqca bu gün ətrafında bir çox müzakirələr açılıb. Müzakirə mövzularından biri də Bakının 1918-ci ildən sonra ikinci dəfə 1988-ci ildə de-fakto erməni işğalından azad edilməsi ilə bağlıdır. Bu müzakirənin açılmasına səbəb də 71 illik sovet rejimi dövründə ermənilərin Bakı və digər şəhərlərimizdə biznes mərkəzləri yaratmaqla, yüksək dövlət vəzifələri tutmaqla, SSRİ-nin dəstəyi və digər yollarla Bakını və digər bölgələrimizi “işğal etmələri” olub. Faktiki olaraq Bakıda və bir sıra bölgələrdə müxtəlif sənətkarlıq sahələri, “qara bazar”larda ermənilər kifayət qədər rol oynayıblar. Həmçinin kriminal qruplara da ermənilərin təsiri böyük olub. Bu istiqamətdə ən müxtəlif fikirlər səslənməkdədir. Bir qisim hesab edir ki, 30 il öncə Bakıda yaşayan ermənilərin sayı az olub və həmin ildə paytaxtımız sadəcə ermənilərdən təmizlənib. Bu baxımdan “azad edilmə” anlayışının düzgün olmadığı qeyd edilir. Bunun əksini düşünüb, Bakının hərbi işğaldan deyil, ermənilərin “maliyyə işğalı”ndan azad edildiyini deyənlər də az deyil. 
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli sovet dövründə ermənilərin Bakıda müxtəlif sahələrə sirayət etmələrinin həqiqət olduğunu deməklə yanaşı, 88-ci ildən sonrakı olayları Bakının ikinci dəfə işğaldan azad edilməsi kimi qiymətləndirməyi doğru hesab etmir: “İlk dəfə Bakının azad edilməsini 1988-ci ildəki hadisələrlə eyniləşdirmək olmaz. O zaman neft sahibkarlığında ermənilər 60%-dən çox təmsil olunurdular. Bakı Çar Rusiyasının kapitalist münasibətlərinin inkişaf etdiyi 4 iri şəhərindən biri idi. İran və başqa ölkələrdən o zaman çoxsaylı erməni fəhlələri Bakıya gətirmişdilər. Bakı Dumasında belə erməni deputatların sayı azərbaycanlılardan çox idi. Bir sıra məzhəb sahibləri də çoxluq etibarı ilə ermənilərdən ibarət idi. Bakıda məqsədli şəkildə erməniləri sənaye mərkəzlərində yerləşdirirdilər. Şəhərin mərkəzində ermənilərin say baxımından üstünlük təşkil etmələrinə cəhdlər edilirdi. Bu da onlara bütün sahələr üzrə sahiblənməyə şərait yaradırdı. Quldur dəstələrinin Bakıya gəlib burada qətliamlar törətmələrində bu ermənilərin rolu olmuşdu. Hətta bəziləri könüllü şəkildə həmin quldur dəstələrinin tərkibinə belə daxil olurdu. 15 sentyabr tariximizdə hər zaman qızıl hərflərlə yazılı şəkildə qalacaq. Xalq Cümhuriyyətinin paytaxtı olmaqla paytaxt şəhər kimi tanınması Bakının taleyində çox mühüm rol oynadı. Sovet hakimiyyəti illərində Moskvanın dəstəyi ilə ermənilər Azərbaycanda yenə də hegemonluğa can atırdılar. Kommunist Partiyasının Azərbaycanda bir müddət birinci katibi erməni olub. Yəni Moskva ermənini azərbaycanlılara rəhbər təyin etmişdi. Cəza aparatının mərkəzi yerlərində də ermənilər idilər. İnsanların günahsız yerə barələrində güllələnmə qərarı çıxarılıb öldürülmələrində o şəxslərin rolu çox böyük olub. Nifrətlərini bir növ həyata keçirmək üçün şans qazanmışdılar”.

Картинки по запросу Qabil Hüseynli

Q.Hüseynli onu da qeyd etdi ki, Bakını sovet dönəmində erməniləşdirə bilməyiblər: “Onların Bakıda cəmləşmələri üçün SSRİ dövründə müəyyən imkanlar yarandı. Beynəlmiləl şəhəri adı altında ermənilərin Bakıda yerləşdirilməsi sovet hakimiyyətinin siyasətinin əsaslarından birini təşkil edirdi. Azərbaycanda vəzifələrə təyinatlar olanda həmin şəxslərin erməni olmalarına ciddi şəkildə diqqət ayırırdılar. Hətta bir müddət Bakı küçələrinə adların verilməsi ilə məşğul olan idarənin rəisi də erməni olub. Əlləri azərbaycanlıların qanına batmış şəxslərin adlarının küçələrə verilməsi maneəsiz həyata keçirilirdi. Etiraf etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının I katibliyinə gəldikdən sonra ermənilərə qarşı mübarizənin geniş səhifəsi başladı. 

Paytaxtımızın milliləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlanıldı. Milli kadrların ölkənin idarə edilməsi ilə bağlı mühüm sahələrə rəhbər təyin olunması işi də sürətləndi. Nəticədə ümumi vəziyyət getdikcə dəyişməyə başladı. Bakının milliləşdirilməsinə xüsusi diqqət yetirilirdi. Şəhərə rayonlarımızdakı azərbaycanlıların güclü axını da o zaman başlamışdı. Mərkəzi hakimiyyət isə sovet qanunları ilə olsa da, Azərbaycan türklərinin şəhərdə möhkəmlənməsinə göz yumurdu. Bunun nəticəsində Bakıda azərbaycanlıların sayı ölçüyə gəlməyəcək dərəcədə artdı. O dövrdə milli ruhun ciddi yüksəlişi dövrü idi. Ədəbiyyatımızda milli ruhun yer alması, Bütöv Azərbaycan ideyasının gündəmə gəlməsi çox ciddi hadisələr oldu. 60-80-cı illər Azərbaycan üçün çox mühüm zamanlar idi. Məhz bu səbəblərdən Bakının azad edilməsini 1918-ci ilə aid edirəm. 80-ci illərin sonlarında milli azadlıq hərəkatının başlaması ilə Azərbaycandakı bir ovuc erməninin paytaxtımızı tərk etməsini normal bir proses hesab edirəm. Çünki onlardan da çox azərbaycanlı İrəvan şəhərindən deportasiya edilmişdi. Bu proseslər milli proseslər idi”.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell