Son xəbərlər

 

“Türkiyə türk coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da düşünən beynidir”

 

Sentyabrın 3-də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammiti türk dövlətləri birliyi məsələsini yenidən gündəmə gətirdi.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyir ki, bu istiqamətdə qurum yaradılıb, sadəcə, fəaliyyət yoxdur: “Bunun da olmamasının səbəbi odur ki, türkdilli dövlətlər artıq duyğusal zəmində deyil, real iqtisadi zəmində imkanlarına görə müəyyən uzlaşma yolu tapırlar.        

Bu gün Rusiya kimi dövlət istənilən an çevrəsində müəyyən qüvvələri toplaya, onların ayaqda qalmasını müəyyən dərəcədə təmin edə bilir. Özün güclü dövlət olanda çevrənə qüvvə yığa bilirsən. Amma güclü dövlət olmayanda bunu etməkdə müəyyən problemlər olur. Nəticədə məsələyə duyğusal birlik modeli kimi baxılır. Bu baxımdan hesab edirəm ki, məsələyə münasibət ciddi şəkildə dəyişməlidir”.

Deputat düşünür ki, əgər Türkiyə bölgədə əsas aparıcı rola sahiblənərsə, onun ətrafında uğurlu birlik formalaşa bilər.

Politoloq Əhəd Məmmədli isə bu cür görüşlərin əhəmiyyətinin gözlədiyimizdən də böyük olduğunu bildirdi: “Dünya tarixinə türklər kimi böyük imperiyalar, dövlətlər verən ikinci belə bir xalq yoxdur. Təəssüflə qeyd etməliyik ki, buna rəğmən tarix boyu nə vahid dövlətimiz, nə də dilimiz olub. SSRİ dağılandan sonra türk coğrafiyasına birləşmək üçün tarixi şans yaranıb. Bu tarixi şansı reallığa çevirmək daha çox Türkiyədən asılıdır. Qardaş ölkə türk dünyasının ən böyük dövlətidir. Türkiyə İslam dünyasının son xilafətidir. Türk xalqlarının birləşməsi inteqrasiyası Türkiyənin dünya siyasətində sözünün kəsərliyindən asılı olacaq. Mərhum Turqut Özaldan sonra Türkiyə Cümhuriyyətinin indiki iqtidarının türk ölkələrinə etdiyi açılımlar təqdirəlayiqdir. Biz bundan da daha böyük açılımlar gözləyirik. Lakin türk ölkələrinin birliyi təkcə Türkiyədən asılı deyil. Türkiyə türk coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da düşünən beynidir. Türk vəhdətində Qazaxıstanla Özbəkistanın da əhəmiyyəti böyükdür. Bu cür sammitlər, çoxtərəfli, ikitərəfli görüşlərin sonu məhz türk birliyinin qurulmasına səbəb olmalıdır. Türk birliyinə çox əsas var. Hədəf gələcəkdə ən azı Avropa Birliyinə alternativ struktur qurmaqdır. Türk ölkələri arasında vizasız gediş-gəliş olmalı, vahid türk valyutası və ümumi təhlükəsizliyimiz naminə ordu birliklərimiz qurulmalıdır. Ən azı yuxarıda qeyd etdiyim əsaslarla türk birliyi qurmaq mümkündür və lazımdır. Təbii ki, buna ABŞ, Rusiya və Çin əngəllər törədəcək. Amma Türkiyənin böyüməsi, güclənməsi davam etsə, türk dünyası olaraq hər kəsin qarşısını almağa müvəffəq olacağıq. Əslində müsəlman birliyi də yoxdur. Hələ hansısa təşkilatın olması hədəflərə çatmaq mənasını vermir. Türkiyə güclənməyə davam etsə, bu qeyri-türk müsəlman ölkələrini də Türkiyənin ətrafında birləşdirəcək. Artıq yavaş-yavaş bu proses başlayıb. Qətər, Sudan, Somali, Küveyt kimi ölkələrin qismində bunu görürük. Türk birliyinin qurulması türk dünyası arealı ətrafında müsəlman dünyasının da birləşməsinə gətirib çıxara bilər. Türk ölkələrinin yaxınlaşması çətin prosesdir. Bu da təbiidir. İki əsrdir türk dünyası əsas türk dövləti olan Türkiyədən qopardılıb. Türk ölkələrinin bir qismi hələ də Rusiyanın tərkibindədir”.

Картинки по запросу Əhəd Məmmədli

Politoloq onu da qeyd etdi ki, Türkiyə ilə türk ölkələrinin yaxınlaşması və birliyi üçün vaxt lazımdır: “Türk ölkələri yaxınlaşmanı sürətləndirməlidirlər. Bu məsələdə əsas iş Türkiyə, Azərbaycan və Qazaxıstanın üzərinə düşür. Türkiyənin aydın məsələdir ki, əsas iş nə üçün üzərinə düşür. Azərbaycan Rusiya və İranla sərhədi olan, Qafqazda yerləşən yeganə türk dövlətidir, Qazaxıstan isə Rusiya və Çinin arasında olan, Mərkəzi Asiyada yerləşən ən böyük türk məmləkətidir. Ona görə Azərbaycan və Qazaxıstan Türkiyədən sonra ən açar türk dövlətlərdir. Türk ölkələrinin Türkiyə ətrafında birləşməsi prosesi başlayıb. Bilirsiniz ki, Şərqdə öncə gücə hörmət edirlər. Türkiyə güc olmaqda davam etsə, nəinki türk dünyası, ərəb dünyası da Türkiyənin ətrafında birləşəcək. Artıq ərəb ölkələrinin də Ankara ətrafında konsalidasiyası baş verir. Türkiyə həm türk, həm də ərəb ölkələrinə açılımlar etməklə bu iki istiqamətdə xarici siyasətini davam etdirir. 2023-cü il hədəfi Türkiyənin xarici siyasətində dönüş nöqtəsi olacaq. Fikrimcə, 2023-cü ildən sonra türk dövlətlərinin Türkiyəyə inteqrasiyası daha sürətlə davam edəcək. Türk dünyasının birliyi yeni güc deməkdir. Əlimizdə belə imkanlar olduqda, bu imkanlardan maksimum dərəcədə istifadə etməli, bu tarixi şansı əldən verməməliyik”.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Qərb sanksiya tətbiq edir, Fransa isə İranı “sevir” - Səbəb
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell