Son xəbərlər

 
Gəncə Teatrında ara qarışdı — Aktyor direktora təpik atdı - QALMAQAL - FOTOGəncə Dövlət Dram Teatrında "Hamlet" tamaşasının ictimai baxışı baş tutmayıb. "Ölkə.Az"ın məlumatına görə, bu barədə sosial şəbəkədə teatrın aktyoru Yusif Cəfərov yazıb. Maraqlıdır ki, hər zaman direktor Əli Qasımovu müdafiə mövqeyi ilə seçilən Cəfərov bu dəfə baş rejissor İradə Gözəlovanın tənqidi fikirlərini dəstəkləyib:

"Mən ömrümdə birinci dəfədir ki, belə işlə qarşılaşıram. Dekorsuz, kostyumsuz tamaşaçılara tamaşa təqdim etmək... Amma direktor istədiyini edir, mənim sözümə məhəl qoymur. Yaxşı ki, ictimai baxış baş tutmadı. Vallah yorulmuşam". 

Y.Cəfərov isə öz növbəsində bunları yazıb:
"Tamaşaçını ələ salmaq olmaz. Sonra da deyirlər ki, tamaşaçı teatra gəlmir. Hər şey öz yerini alacaq, İradə xanım. Daha zəmanə o zəmanə deyil". 

Bu arada "Ölkə.Az" Gəncə Dövlət Dram Teatrıyla bağlı daha bir maraqlı məlumat əldə edib. Bildirilir ki, teatr may ayında Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən ənənəvi teatr festivalına dəvət alıb. Festivala "Hellados" tamaşası ilə qatılan Gəncə teatrının direktoru Əli Qasımovla, aktyor Yusif Cəfərov arasında gərginlik yaranıb:
""Hellados" tamaşası ötən ilin payızında Nodar Dumbadzenin yubileyi ilə əlaqədar Gürcüstanda nümayiş etdirildi. Həmin vaxt tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, Yusif Cəfərov və Sevda Orucova oynayırdılar. Sonradan bu tamaşanın Gəncədə də oynanılması qərara alındı. Ancaq bu üç nəfər Gəncə tamaşaçısı qarşısında oynamaqdan imtina etdilər. Onların yerinə "Hellados"da teatrın nisbətən cavan aktyorları rol aldılar. Tamaşaa may ayında Ufa şəhərinə aparılanda yenidən Pərvanə Qurbanova, Sevda Orucova və Yusif Cəfərov öz rollarını cavan aktyorlardan geri aldılar. Yəni, bu adamlar Gəncə tamaşaçısı üçün oynamağı özlərinə sığışdırmırlar. Qastrol zamanı Yusif Cəfərovla direktor Əli Qasımovun sözləri çəp gəlib. Hətta Cəfərov Əli Qasımova bir təpik də vurub". 

Qeyd edək ki, Ufa şəhərində keçirilən festivalda teatrın gənc aktyoru Murad Meyfalıyev "Ən yaxşı aktyor" nominasiyasının qalibi olub.Gəncə Teatrında ara qarışdı — Aktyor direktora təpik atdı - QALMAQAL - FOTOGəncə Teatrında ara qarışdı — Aktyor direktora təpik atdı - QALMAQAL - FOTO
20 May 2024 Məşhur türk serialında Azərbaycan mahnısı – Video
09 May 2024 “Taxt-tac oyunları”nın aktyoru vəfat edib
09 May 2024 Türkiyəli aktyorlar Bakıda
08 May 2024 Rasim Balayev: “Deputat olmaq fikrim var idi”
08 May 2024 Ermənilər Nizaminin başını oğurladılar - Xalq artisti
03 May 2024 Azərbaycanlı aktyor Rusiyada seriala çəkildi
02 May 2024 Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film çəkiləcək
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək