Son xəbərlər

 
Çingiz Abdullayev: “Mən Bakını qorumaq üçün mitinqə qoşularam”














Xalq yazıçısı Çingiz Abdullayev İçərişəhərdə divarın uçurulmasına və restoran tikintisinə qarşı çıxıb.

O, özünün “Facebook” səhifəsində doğma şəhərinin qorunması naminə mitinqə birinci çıxacağını bildirib.

“İçərişəhər bizim şəhərimizin, xalqımızın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və indimiz, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə qala divarının dağıdılmasının fotoşəkilləri var. Restoran barədə danışırlar. Hələ heç nə aydınlaşmamış vaxtından əvvəl qərar vermək istəmirəm. Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir və çox yanlışdır. Əgər lap bərpa işləri də gedirsə, orada heç restoran olmayacaqsa belə (lakin deyirlər ki, yenə olacaq). Axı insanları belə dəlilik səviyyəsinə çatdırmamaq mümkündür. Mətbuat katibləri, yaxud məlumat xidmətləri vasitəsilə insanlara nəyin baş verdiyini izah etmək olar. Kimsə mənə izahat versin ki, nəyə görə mütəmadi olaraq insanları alçaldıb, onların fikirləri və istəkləri ilə hesablaşmırlar. Nə qədər olar?” – Çingiz Abdullayev yazır.

“Bir daha dəqiqləşdirim – bu qeyd dağıdılmış divar haqqında deyil. Bu qeyd bu şəhərdə yaşayan insanlara dərin hörmətsizlik haqqındadır. Bu, Mənim şəhərimdir. Pirşağıdakı qəbiristanlıqda mənim 40-a yaxın ən əziz qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn edilib, burada uşaqlarım anadan olub. Bu, bütün dünyada ən çox sevdiyim şəhərdir. Və əgər sabah bu şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. Bu şəhərdə bizim hazırkı Prezidentimiz anadan olub. Bu, onun da şəhəridir. Bu şəhərdə bizim Birinci vitse-prezidentimiz də dünyaya gəlib. Bu, onun da şəhəridir. Bu, bizim şəhərimizdir! Biz də müdafiə etməsək, onu kim müdafiə edəcək?” – Çingiz Abdullayev bildirib.
09 May 2024 “Taxt-tac oyunları”nın aktyoru vəfat edib
09 May 2024 Türkiyəli aktyorlar Bakıda
08 May 2024 Rasim Balayev: “Deputat olmaq fikrim var idi”
08 May 2024 Ermənilər Nizaminin başını oğurladılar - Xalq artisti
03 May 2024 Azərbaycanlı aktyor Rusiyada seriala çəkildi
02 May 2024 Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film çəkiləcək
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı