Son xəbərlər

 

Nazir Rüstəmov əməkdar artistdir. Yadda qalan, tamaşaçı sevgisi qazanan bir çox filmlərə quruluş verməklə yanaşı, aktyor kimi də film və seriallarda rol alıb. Eyni zamanda bədii yaradıcılıqla məşğuldur. Şair və tərcüməçi kimi də oxucuların yaddaşındadır.

 

Nazir Rüstəmov Kult.az-ın “İnsan taleyi” layihəsində suallarımızı cavablandırıb:

- Nazir bəy, oxuculara özünü necə təqdim edərdi; şair, yoxsa aktyor kimi?

- Mən teatr adamıyam, çoxsaylı tamaşaların rejissoru olmuşam, aktyor kimi də tamaşalarda baş rollarda oynamışam. Rusiyada “Ondan yaxşı qardaş yox idi”, “Biz sizə müharibə elan edirik” filmlərinə, Azərbaycanda isə bədii filmlərə, seriallara çəkilmişəm.

Yaradıcılıqla da məşğul olmağım məlumdur. 2008-dən şeirlərim “Azərbaycan”, “Ulduz”, “525-ci qəzet”, “Literaturnı Azerbaydjan” və başqa jurnal və qəzetlərdə mütəmadi dərc olunur.

- Şeirlərinizə baxıram, son vaxtlar yaman gileylisiniz...

- Mən çox vaxt insanların, yəni başqalarının keçirdiyi hissləri - onların sarsıntılarını, əzablarını, sevgilərini, nifrətlərini duyub, yaşayıram, bu da məndən asılı olmayaraq şeirdə, hazırladığım tamaşalarda özünü göstərir. Yazdıqlarım bəzən öz yaşantım olmaya bilər, müşahidələrimin də qələmə gətirilməsi çox olur. Həm də müxtəlif zamanları yaşamış adamlarıq, 61 yaşım var, çoxlu sifətlər görmüşəm.

- Mənim qismətim ilğım,

Nəşəm qəmdi, kədərdi.

Ən böyük rahatlığım

Şeirlərim qədərdi.

Sizin şeirinizdəndir. Rahatlığınızın nə qədər olmasını necə başa düşək? Məsələn, mənə elə gəldi ki, şeirləriniz yaddaşlarda nə qədər çox qalacaqsa, bir o qədər də rahatlığınız olacaq.

- Ən böyük rahatlığım şeirlərim qədərdir. Şeiri başlayıb qurtarana qədər keçən vaxt - axtarışlar, tapıntılar, rahatsızlığın özü mənim rahatlığımdır.

- Yorğunluq da hiss olunur yaradıcılığınızda. Amma o qədər də yox, mübarizlik, etiraz və sair öndə olur.

- Yorulmaq deməzdim... Hər şey gəlir, keçib gedir. Sevinc də, kədər də elədir, amma sevinc gec gəlir, lap tez keçir. Mən bir az tənbəl adamam, tez ruhdan düşürəm, bu, əlbəttə, düz deyil, həmişə hərəkətdə olmaq daha yaxşıdır. Bir şey də var: adam həmişə eyni ovqatda ola bilmir.

- Deyəsən, arada tərcümələr də edirsiniz axı.

- Dünyanın başqa yerlərində yaşayan rusdilli şairləri tərcümə etmişəm, “Ulduz” jurnalında dərc etdirmişəm. Puşkini, Yevtuşenkonu, Okucavsnı da tərcümə etmişəm.

- Nazir bəy, ümumiyyətlə, teatr, kino, ədəbiyyat - bunlar sizə nə verir, dolanışıq, yaşam üçün stimul və sair baxımdan...

- Ədəbiyatda olduğu kimi teatrda və kinoda da naşı adamlar az deyil. Amma zaman öz işini görür, geci-tezi var. Teatr, kino mənim işimdir, işimi sevirəm, yoxsa bu yaşıma qədər dözməzdim. Ədəbiyyatsız, şeirsiz özümü təsəvvür edə bilmirəm.

- Bəs siz özünüzü ədəbi cameədə hansı mərtəbədə görürsünüz? Tam istedadlı peşəkarların sırasında, yoxsa həvəskarların arasında?

Mən heç bir sənətdə həvəskarları qəbul etmirəm. Bir iş ortalığa çıxaranda özümə qarşı çox kritik oluram, nəyin necə olduğunu bilirəm. Mən 12 yaşımdan Puşkini, Dostoyevskini... oxuyuram, özümü aldada bilmərəm.

- Nazir bəy, bir az da aktyorluq fəaliyyətinizdən bəhs edək...

- Formallığın əleyhinəyəm, səmimiyyət və etiraf yaxşı şeydir. Sözdə yox, əməldə, işdə gərək səmimi olasan. Kiməsə özünü göstərməsin ki, biz beləyik, elə olmadığı təqdirdə... bax bunun əleyhinəyəm. Biz özümüzü görürük, həmçinin başqaları da. Bir də Cavid əfəndi demişkən, bizə lazım olan MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT!

- Deyimlərinizdən birində özünü, evini reklam edənləri qınamısınız, “görməmiş” demisiniz. Əsasən də bunu istedadsızların etdiklərini qeyd edirsiniz. Bəs niyə belə olur?

- Evlərini reklam edənlərin ya səviyyəsi çatmır, ya da görməmişlik edirlər, bunu yenə də deyirəm. Normal adam onu eləməz. Axı bu xalqın əsirlikdə olanları var. Ayıbdır ey, vallah, ayıbdır. Bu hərəkəti nə rus, nə gürcü, nə də düşmənimiz eləyər.

- Dediniz yaşım 61-dir. Amma şeirlərinizdə çox gəncsiniz;

Ölsəm, sıxma üzünə sevdiyim dizlərini,
Bir gün yuxuna gəlsəm, qapama gözlərini.

- Şeirin yaşı olmur, elə yaxşı şairin də. O qədər gözəl şairlərimiz var ki, elə bil bu gün yazıblar ötənlərdə yazdıqlarını.

- Demək, bütün yazdıqlarınızı hər zamanın şeiri bilirsiniz.

- 2008-ə qədər yazdıqlarımı cırıb atırdım. Lap çoxdan Bakı limanında gördüyüm bir mənzərəni heç cür unuda bilmirdim, 25 il sonra şeirə çevrildi o mənzərə, yazdım, sakitləşdim. Deməli, limandan ayrılan bir qızın sahilə dikilmiş gözləri, gözlərindən süzülən damlalar... Yazdım, rahat oldum. “Ulduz”da da dərc olunub. Hətta baş redaktorun o qədər xoşuna gəlib ki, jurnalın üz qabığını da uyğun şəkillə nəşr etdilər. Şeir belə idi:

Limanda bir qız ağlar,
Qaşların çatıb sğlar.
Elə bil ki, dəryada
Gəmisi batıb ağlar.

 

Limanda bir qız ağlar,
Yanağında xal ağlar,
Əli qalıb qoynunda,
Aparıb xəyal ağlar.

Bu qızı bu limandan
Bir gəmi alar gedər
Bu qızın bu limanda
Ürəyi qalar gedər.

Sönər səsi, nəfisi,
Gözü qalar sahildə,
Bir nəfərə deyəsi
özü qalar sahildə.

Kükrəyər, coşar dəniz...
Bir qovğa var başında
Yanar alışar dəniz
Bu qızın göz yaşında.

09 May 2024 “Taxt-tac oyunları”nın aktyoru vəfat edib
09 May 2024 Türkiyəli aktyorlar Bakıda
08 May 2024 Rasim Balayev: “Deputat olmaq fikrim var idi”
08 May 2024 Ermənilər Nizaminin başını oğurladılar - Xalq artisti
03 May 2024 Azərbaycanlı aktyor Rusiyada seriala çəkildi
02 May 2024 Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film çəkiləcək
26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı