Son xəbərlər

 

Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib.

Artıq “Brent” markalı neftin qiyməti hər barrel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımları hasilatın azaldılması ilə yanaşı həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEK+ alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin də daxil olmaqla, bir sıra aparıcı ölkələrdə neftə tələb yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

O, “Neftin qiymətinin artması əmək haqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?” sualını bu cür cavablandırıb:

“Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir.

Əmək haqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”.

14 May 2024 Deputatdan müjdə: Maaşlarda ikirəqəmli artım gözlənilir
13 May 2024 Bu qadınların maaşı artırıla bilər
13 May 2024 “Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
13 May 2024 Gömrük bağlamanı aça bilərmi? - Video
12 May 2024 OPEK-in qərarı ilə razılaşmayacağıq - İraq
12 May 2024 Kosova avroya tam keçidi elan etdi
11 May 2024 Yanvar-aprel aylarında Türkiyənin Özbəkistana polad məhsulları ixracının həcmi açıqlanıb
06 May 2024 STP Şirkətlər Qrupunda istehsalat göstəriciləri artıb
06 May 2024 Bu şəxslərə 1380 manat ödəniş edilir
04 May 2024 Rusiya şəkərin ixracına qadağa qoydu
03 May 2024 “Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı
01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
01 May 2024 Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı