Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.
Axar.az Report-a istinadən xəbər verir ki, V.Lantratova 74 yaşında dünyasını dəyişib.
Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRİ yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.