Son xəbərlər

 

Sərbəst güləş üzrə Azərbaycan millisinin bir neçə üzvü koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.

Bildirilib ki, qurum pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb: "Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə ara verilib. Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur. Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb".

Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirlər gördüyünü və bu məsələdə maksimum həssaslıq nümayiş etdirdiyini də vurğulayıb.

13 May 2024 Mariya Stadnikə ağır itki
12 May 2024 “Qarabağ” Maradonanın klubunu geridə qoydu
11 May 2024 Mbappe "Real"da ən çox maaş alan futbolçu olacaq
11 May 2024 Bakıda idman zallarında qiymətlər necədir? - VİDEO
09 May 2024 Kroos “Real”dan ayrıla bilər
08 May 2024 Olimpiya məşəlini Zidan yandıracaq
07 May 2024 Dünyanın ən yaxşı 20 futbol məşqçisi - Siyahı
07 May 2024 "Traktor" növbəti qələbəsini qazandı
06 May 2024 Avropa çempionu müharibədə həlak oldu
06 May 2024 “Siqaret də çəkirəm, içki də içirəm” - Ulduz futbolçu
03 May 2024 London derbisini “Çelsi” qazandı - Video
30 Aprel 2024 Salah “Liverpul”la bağlı qərarını verdi
29 Aprel 2024 Meydana çıxmaq üçün piyada keçidindən keçirlər - Video
29 Aprel 2024 Qadın şahmatçımız Avropa çempionu oldu
24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü