Son xəbərlər

Futbol üzrə son Azərbaycan çempionu "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib.

Axar.az xəbər verir ki, "Neftçi" Sloveniyada "Domjale" komandası ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Flaqman"ın heyətində qolu Namiq Ələsgərov vurub.

Qeyd edək ki, ölkə çempionu daha əvvəl “Olimpiya” (Lyublyana) ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə edib.