Son xəbərlər

 

Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov qohumu Səbuhi Abbasova qarşı qaldırdığı məhkəmə iddiasının təmin edilməməsi ilə bağlı saytımıza müraciət ünvanlayıb.

 

Məsələ ilə bağlı Axar.az-a danışan Nazim Ziyadxan oğlu Abbasov bildirib ki, Səbuhi Tərlan oğlu Abbasovun ona olan borcunu qaytarması tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə 24 oktyabr 2013-cü il tarixdə iddianı təmin edib və cavabdeh Səbuhi Abbasovdan 23.335 (iyirmi üç min üç yüz otuz beş) manat pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edib. Lakin cavabdehlər borcu ödəməmək üçün müxtəlif yollara əl atıblar.

Belə ki, Səbuhi Abbasovun atası Tərlan Abbasov Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və oğlu S.Abbasovun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar çıxarılmasını istəyib. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixdə çıxardığı qərarla S.Abbasov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib”.

İddiaçı bildirir ki, bütün bunlar cavabdeh tərəfindən düşünülmüş şəkildə həyata keçrilib və S.Abbasovun fəaliyyət qabilliyətli olması barədə məhkəməyə müraciət etsə də, subyektivliklə qarşılaşıb:

“Təssüflə bildirirəm ki, Cəlilabad Məhkəməsinin hakimi Elxan Əmirəliyev 18.07.2023-cü il tarixdə guya mənim məhkəmə iclasında iştirak etməməyimi əsas gətirərək işi baxılmamış saxlayıb. Tamamilə əsassız qərardır. Mənim vəkilim iclasda iştirak edib. Eyni zamanda dəfələrlə müraciət etdikdən sonra bu qərardadın surətini ala bilmişəm. Mən hakmin qərəzli hərəkətlərindən Məhkəmə Hüquq Şurasına şikayət edəcəm”, - iddiaçı vurğulayıb.

N.Abbasovun hüquqlarını təmsil edən Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, borcunu ödəməmək üçün özünü fəaliyyət qabilliyəti olmayan şəxs elan edən Cəlilabad rayon sakini Səbuhi Abbasov bir neçə dəfə cinayət törədib:

“Lakin “fəaliyyət qabilliyəti olmadığına” görə cinayət məsuliyyətindən yayına bilib. Hazırda S.Abbasov Cəlilabad küçələrində rahat şəkildə avtomobil idarə edir. O, kimisə avtomobillə vursa, fəaliyyət qabiliyəti olmayan şəxs olduğu üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək. Belə bir şəxs barəsində tədbir görməmək çox böyük məsuliyyətsizlikdir. Bu günlərdə ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun törətdiyi hadisə onu göstərdi ki, belə məsələdə dövlət oraqanları öz məsuliyyətlərini dərk etməlidirlər”.

S.Vəkilov əlavə edib ki, mülki qanunvericiliyə əsasən, Səbuhi Abbasovun 3 ay müddətində himayəçi orqan tərəfindən himayəyə verilməsi məsələsinə baxılmalı və problem həllini tapmalıdır:

“Bu imperativ normadır, məcburidir. Lakin təəssüf ki, bir neçə ildir Cəlilabad Rayon İcra Hakimiyyəti bu məsələni həll etmək istəmir”.

Şikayətçi S.Abbasovun at ətini mal əti adı ilə satmasına görə saxlanıldığını və bunu etiraf etdiyini əks etdirən görüntüləri də redaksiyaya təqdim edib:

“2023-cü ilin iyunun 20-də S.Abbasovun xəstə atların ətini mal əti adı ilə satdığı və buna görə saxlanıldığı haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Fəaliyyət qabiliyyəti olmayan şəxs, görün, nələrlə məşğuldur. Bu cinayəti törətməsinə və saxlanılmasına baxmayaraq, o, həbs də olunmayıb. Onun daha hansı qanunsuzluq edə biləcəyini və yaxud hazırda etdiyini təsəvvür belə etmək olmur”.

 
14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
30 Aprel 2024 Tələbənin maşını ilə dəhşətli qəza törətdi: həbs olundu
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi
28 Aprel 2024 Neftçalada kişi göldə batdı - Video
26 Aprel 2024 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi