Son xəbərlər

 

14:20

Öz məktəb yoldaşına qarşı zorakılıq göstərən Dilarə Rzaquliyeva özü də həmin qız tərəfindən bulinqə məruz qaldığını iddia edir.

Onlar vaxtilə bir məktəbdə oxumaqla yanaşı, həm də qonşudurlar. Bulinqə məruz qalan qız 156 saylı məktəbin IX sinifindən çıxaraq peşəyə yönəlib. Hadisəni törədən Dilarə Rzaquliyeva isə məktəbin XI sinifində təhsil alır. O, bu hadisəni bir növ qisas almaq məqsədilə törətdiyini söyləyib.

Axar.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a bu gün yayılmış qeyri-etik görüntü ilə bağlı məktəbdə olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

Şura sədri bildirib ki, həmin qızlar və valideynləri ilə görüşə bilməsələr də, məktəbdə onlara hadisə barədə məlumat verilib.

“Biz bulinq törədən qızın sinif yoldaşları ilə görüşdük. Onlar D.Rzaquliyevadan indiyədək heç bir zorakı davranış görmədiklərini bildirdilər. Məlum oldu ki, hazırda bulinqə məruz qalan qız özü də ona qarşı əvvəllər belə bir hərəkət edib. Sosial şəbəkələrdə Dilarənin uyğun olmayan qadınların şəkli ilə montaj edərək onun qeyri-etik xidmətlər göstərdiyini qeyd edib. Sadəcə məktəbli ondan acıq çıxmaq üçün səhv üsul seçib. Videogörüntü yayılmazdan öncə bu məsələ hüquq-mühafizə orqanlarında araşdırılırmış" - G.Səfərova bildirib.

Qurum rəhbəri onu da əlavə edib ki, şagirdlərin təhsil aldığı məktəb şagird davranış qaydalarının pilot layihə şəklində tətbiq edildiyi təhsil müəssisəsidir. O bildirib ki, Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı video barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib.

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib.

14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
30 Aprel 2024 Tələbənin maşını ilə dəhşətli qəza törətdi: həbs olundu
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi
28 Aprel 2024 Neftçalada kişi göldə batdı - Video
26 Aprel 2024 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi