Son xəbərlər

 
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı — SON DƏQİQƏ

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.
Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilmişdir. Belə ki, M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

17 May 2024 Fahişəliyə cəlb etməyə görə bir ilə 70 nəfər tutulub
17 May 2024 89 vətəndaş 7 xarici ölkədə cinsi istismara məruz qalıb
16 May 2024 Sevgilisini öldürüb, basdıran tələbə... - Video
15 May 2024 Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandı
14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
30 Aprel 2024 Tələbənin maşını ilə dəhşətli qəza törətdi: həbs olundu
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi
28 Aprel 2024 Neftçalada kişi göldə batdı - Video
26 Aprel 2024 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video