Son xəbərlər

 

Bir neçə gün öncə paytaxtda silahlı insident törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

ARB TV xəbər verir ki, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Ramid Rəhimov (saxlanılan şəxs): “Səhər zəng elədi mənə, təhqir elədi məni. Dedim gəl haqq-hesabımızı edək, görək, kimin kimə nə borcu var. Gəldi, söhbətimizi elədik, təhqir elədi məni, 1-2 dənə sillə atdı mənə. Mən də girdim evə, hamamda gizlətmişdim. Atam rəhmətlikdən qalmışdı. Pəncərədən bir güllə atdım buna. Dəyməyinə əmin olmadığım üçün pəncərədən düşdüm, gördüm ki, əlini tutub boğazına, əli qanlı qaça-qaça gedir. Neçə illərdi bir yerdə işləyirik, onun mənə 3 min borcu var idi”.

Hadisə barədə məlumat daxil olan kimi Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakini Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

17 May 2024 Fahişəliyə cəlb etməyə görə bir ilə 70 nəfər tutulub
17 May 2024 89 vətəndaş 7 xarici ölkədə cinsi istismara məruz qalıb
16 May 2024 Sevgilisini öldürüb, basdıran tələbə... - Video
15 May 2024 Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandı
14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
30 Aprel 2024 Tələbənin maşını ilə dəhşətli qəza törətdi: həbs olundu
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi
28 Aprel 2024 Neftçalada kişi göldə batdı - Video
26 Aprel 2024 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video