Son xəbərlər

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 20 yaşlı əsgəri yaralanıb.

Ermənistan KİV xəbərlərinə görə, hadisə gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə baş verib. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. (modern.az)

Honkonqdan olan tədqiqatçılar koronavirusa qarşı vaksin hazırladıqlarını bəyan ediblər.

Bu barədə Honkonq Universitetinin internet səhifəsində açıqlama verilib. Lakin dərmanın sınaqdan keçirilməsi üçün uzun müddət lazım olacaq.

Məlumata görə, dərman əvvəlcə heyvanlar üzərində sınaqdan keçiriləcək.

Qeyd edək ki, 10-dan çox ölkəyə yayılan koronavirus Çində 100-dən çox insanın həyatına son qoyub. Minlərlə insanın virusa yoluxduğu bildirilir. (publika.az)

Nərminin nənəsindən sensasion açıqlama

"Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.

Bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

"Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

"Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim. Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar – ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur. Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu. Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir. Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilərAMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycandakı seysmoaktivliyi dəyərləndirib.

"Ölkə.Az" xəbər verir ki, Q.Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yaxın günlərdə Türkiyədə baş verən son dağıdıcı zəlzələ kimi güclü təkanların baş vermə ehtimalı yoxdur.

Azərbaycan ərazisinin yüksək seysmik aktivliklə fərqləndiyini söyləyən Q.Yetirmişli ölkə ərazisində potensial gücə malik seysmogen zonaların adlarını da açıqlayıb.

O bildirib ki, həmin zonalar Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektorudur. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir.

Mərkəz direktoru əlavə edib ki, Bakı və Abşeron rayonu ərazisində baş verən yeraltı təkanları Xəzər dənizindəki zəlzələ ocaqları yaradır.

Q.Yetirmişli hazırda Azərbaycanda seysmoloji aktivliyin fon səviyyəsində olduğunu da qeyd edib:

“Ölkə ərazisində xırda təkanlar qeydə alınır. Elə gün olmur ki, ölkəmizdə belə təkanlar qeydə alınmasın. Sadəcə, bunların arasında bəziləri hiss edilən olur”.

Virusa yoluxma zamanı hansı dərmanlardan istifadə edək?Mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı müxtəlif dərmanlardan və antibiotiklərdən istifadə edilir. Bu dərmanlardan biri, xüsusilə keçən il yayılmış qış infeksiyaları zamanı istifadə olunan və effektli hesab edilən “Tameflu”dur. Hətta ötən il, bu dərman müxtəlif ölkələrdə ehtiyat kimi toplanılıb, qonşu Gürcüstanda isə əhaliyə pulsuz verilirdi. Bəs hazırda yayılmış viruslara qarşı bu preparat nə dərəcədə effektlidir?

Məsələ ilə bağlı, professor Adil Qeybulla Medicina.az-a açıqlama verib:

“Korona virusu ilə bağlı ümumiyyətlə konkret bir preparat yoxdur. Hətta vaksini belə yoxdur. Bu virus qripin daha kəskinləşmiş bir növüdür və əsasən heyvanlardan insanlara keçir.Ümumdünya Səhiyyə Təşkilatı ona koronovirus (2019-nCoV) adını verib. Bu virus tez müddətdə pnevmaniya və ağırlaşmaya gətirib çıxaran infeksiyadır. Hələlik bu virusun çarəsi yoxdur, demək düzgün olar. Sadəcə olaraq immun möhkəmləndirici tədbirlər: yataq rejimi, maye qəbulu və s. kimi ümumi tədbirlər görülür.

Soyuqdəymə zamanı konkret tədbirlər spesifik deyil. İmmun sistemi möhkəmləndirmək, temperaturu endirməklə qarşısını almaq olar. Əgər müəyyən ağırlaşmalar müşahidə olunursa, həkimlər adətən parasetamol təyin edirlər. Parasetamol dünyanın hər yerində soyuqdəymə zamanı istifadə edilən əsas dərmandır. Bununla yanaşı lazım olarsa, antibiotiklər də təyin olunur. Tameflu, qriphot və s. bu kimi dərmanlar da parasetamolla yanaşı şəkildə istifadə edilə bilər”.

29 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 29-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanda mikroavtobus yandıBərdə rayonunda “Mercedes” markalı mikroavtobusun idarəetmə lövhəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda koronovirusa yoluxma təhlükəsi var – Baş infeksionistdən ŞOK ACIQLAMA2019 (2019-nCoV) koronovirus təhlükəsi getdikçə böyüyür. Virusun ortaya çıxdığı Çində koronovirusdan ölənlərin sayı 80-ə çatıb.

Virusa yoluxanların sayı 2 min 744, onlardan 461-nin vəziyyəti isə ağırdır. Ölkənin Milli Səhiyyə Komissiyasının açıqlamasına görə, Tibet Muxtar Vilayətindən başqa digər bütün bölgələrdə virusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, xəstəlik ABŞ da daxil olmaqla, Avropa, eləcə də Asiya ölkələrində də qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma halı qeydə alınmayıb.

Lent.az ölkənin baş infeksionisti Cəlal İsayevə istinadən yeni virusla bağlı bəzi məqmaları təqdim edir. Həkim bildirib ki, virus təkçə insandan insana hava-damcı yolu ilə keçmir: “Yeni koronovirus həm də qəbul etdiyimiz ərzaq məhsulları ilə, su, istifadə etdiyimiz əşyalar vasitəsilə də keçə bilər. Yoluxma şəklindən asılı olaraq, əlamətlər də fərqli olur. Hava-damçı yolu ilə keçəndə, adətən ağciyərlərin zədələnməsi ilə özünü göstərir. Qida və əşyalar yolu ilə keçdikdə isə qastroentrit xəstəliklər törədir. Kporonivurusların çox növü bəllidir. Hazırda onların 37 növü, bəzi mənbələrin göstərdiyinə görə 39 növü məlumdur”.

C.İsayev qeyd edib ki, virusların 3 növü daha ağır xəstəlik törədir. Bu 3 növdən ilki 2012-ci ildə Səudiyyə Ərəbistanında ortaya çıxan Yaxın Şərq respirator sindiromu adlanır ki, dəvələrdən insana keçir: “Xəstəlik 35 faiz ölümlə nəticələnir. İkincisi SARS viruslarıdır. Bu da Çində yayılmışdı. Həmin virusdan ölüm 30 faizə kimi yüksəlmişdi. 3-cü-2019 koronovirusların isə hələ ki hansı dərəcədə ağırlığı olduğunu deyə bilmərik”.

Həkim vurğulayıb ki, əhalinin sıx yerləşməsi koronovirusların yoluxmasını asanlaşdırır: “Bu viruslar digər qrip virusları ilə müqayisədə daha sıx təmas tələb edir. Virus xarici mühit təsirlərinə davamsızdır. 37 dərəcə temperaturda 15 dəqiqə, 56 dərəcədə isə həmin dəqiqə tələf olur. Dezinfeksiya məhlullarından ani olaraq tələf olduqıarına görə, əllərimizi vaxtı-vaxtında yusaq, qorunmuş olarıq.

Virusa yoluxma əlamətləri adi respirator qripdə olan əlamətlərdir. Temperatur, halsızlıq, zökəmlə ortaya çıxa bilir. Adi koronovirusların törətdiyi qrip çox yüngül keçir, amma dediyim 3 növündə ağırlaşma ehtimalı çoxdur. Ağciyərlərin prosesə cəlb olunması ilə tənəffüs çatışmazlığı və ölümə səbəb ola bilir”.

Həkim bildirib ki, istifadə etdiyimiz qidaların termiki işlənməsinə diqqət etmək vacibdir. Onun sözlərinə görə, koronoviruslar inək, it, pişik, donuz hətta yarasadan da insana yoluxa bilər.

Baş infeksionist qeyd edib ki, xarici ölkələrdən, xüsusilə Çindən ölkəyə gələn insanlarda temperatur və zökəm əlamətləri özünü göstərirsə, müəyyən müddətdə təcrid olunmalı, şübə qalmadıqdan sonra ölkəyə buraxılmalıdır: “Azərbaycanda virusa yoluxma ehtimalı yox deyil. Amma yüksək də deyil. Lazım olan tədbirlər görülərsə, qorunmuş olarıq. Çindən gələn məhsullardan keçmə ehtimalı çox deyil. Çünki virus otaq temperaturunda 3-4 dəqiqə ərzində tələf olur. Hələ ki virusa qarşı vaksin mövcud deyil. Yeni virus olduğu üçün digər növlərin peyvəndi bu virusdan qorumur. Yaxşı olar ki, əhali Çinə getməsin. Məcburdurlarsa maskadan istifadə etsinlər, çünki 80 faiz qoruyur. Termiki prosesdən keçməyən, yaxşı bişməyən qidalardan uzaq dursunlar. Çiy məhsul yeməsinlər. Meyvə-tərəvəzdən istifadə etməsinlər”.

Qeyd edək ki, Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, cədvəl üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

“Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysinim martın 8-dən bərpa olunacağı gözlənilir”, – aeroportdan bildirilib.

AZAL bunu Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah edir.

Qeyd edək ki, ötən gün “China Southern Airlines” şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub.
Koronavirusa qarşı peyvənd varmı? – Baş infeksionistdən açıqlamaKoronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müammalıdır: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.

Baş infeksionistin sözlərinə görə, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı çalınmalıdır: “Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.

Mütəxəssis vurğulayıb ki, virusdan ölüm faizi 2,8-3 faizdir: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.

C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”.


Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel Prospektini birləşdirən yoldan istifadə edən sürüclər problemlə qarşılaşırlar. Süleyman Əhmədov küçəsindən prospekt istiqamətində şəhərə tərəf olan hissədə yolda 2 zolaq, Zığ şossesi tərəfə olan hissədə isə bir zolaq çəkilib. Nəticədə Zığ şosessi istiqamətinə gedən sürücülər məcbur qalıb ortada olan təhlükəsizlik adacağında avtomobil saxlayırlar ki, bu da onların 40 manat miqdarında cərimə edilməsi ilə nəticələnir.

Turkustan.info xəbər verir ki, yeni təmirdən çıxmasına baxmayaraq sürücülər bu yoldan istifadə edən zaman problemlə qarşılaşırlar. Bu yolun bir istiqamətində zolaqların sayının az olması tıxac yaratmaqla yanaşı,həm də sürücülərin cərimələnməsinə səbəb olur.

Bura Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel prospektini birləşdirən yoldur. Rayonun NZS qəsəbəsindən gəlib üzü Zığ şosessi istiqamətinə gedən sürücülər zolaqların azlığından şikayyətçidirlər. Onların sözlərinə görə, yolda şəhər istiqamətinə daha geniş yer ayrılıb. Zığ şosessi istiqamətinə isə bir zolaq çəkilib. Buna görə də Zığ şosessi tərəfə getmək istəyən sürücülər ortada çəkilən ”Təhlükəsizlik adacağın”da saxlamalı olurlar. Bu zaman isə sürücülər 40 manat miqdarında cərimə edilir. Üstəlik bu istiqamətdə işıqforun yaşıl işiğının 15 saniyə yanması da tıxacın yaranmasına səbəb olur..

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, Süleyman Əhmədov küçəsindən gələn nəqliyyat vasitələrinin daha rahat keçidini təmin etmək məqsədi ilə zolaqlarda genişləndirmə və kanallaşdırma işləri aparılsa vəziyyət yaxşılaşar.

Sürücülər problemin tezliklə həll olunmasını istəyirlər.