Son xəbərlər

Çinin Henan əyalətinin Nanyan şəhərindəki məktəb yataqxanasındakı yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin "Sinhua" agentliyi məlumat yayıb.

Yanğın nəticəsində 13 nəfərin öldüyü bildirilib. Hadisədə həmçinin bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Sevgilisi ilə birlikdə restoranda tort yeyən qadın komaya düşüb.

Milli.az xarici mətbuata istinadla bildirir ki, İtaliyanın Milan şəhərində yerləşən restoranda "Tiramisun Mascherpa" yeyən qız 10 gün sonra dünyasını dəyişib. 20 yaşlı Anna Bellisarionun ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onun südə allergiyası olub və yediyi tiramisu səbəbindən dünyasını dəyişib. 
Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə  "Strana.ua" məlumat yayıb.

Ətraflı məlumat verilmir. Qeyd edək ki, Xarkov və daha 3 vilayətdə hava həyəcanı siqnalı elan edilib.
Yardımlıda 10 otaqlı evdə yanğın baş verib.

FHN-dən Axar.az-a verilən məlumata görə, Yardımlı rayonunun Porsova kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Göygöldə maşın yanıb.

Milli.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Göygöl rayonu, Üçtəpə kəndində "Mercedes-Benz" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda 33 yaşlı qadın dəm boğularaq ölüb.

Axar.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Şamaxıda ər və arvad dəm qazından zəhərlənib.

Axar.az xəbər verir ki, hadisə rayonun Mərzədiyə kəndinə qeydə alınıb.

Belə ki, kənd sakinləri 1956-cı il təvəllüddlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırma aparılır.
Bir neçə gün öncə Ermənistanın ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan jurnalistlərə açıqlamasında deyib.

"İlkin məlumata görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır", - Sərkisyan bildirib.

Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyan Basarkeçərdə yerləşən mövqelərdə öldürülüblər.
Bakıda avtobus yanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Bakı Bus MMC-yə məxsus avtobus şəhərinin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.

Qurumdan bildirilib ki, hadisə bu gün baş verib.

"Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.

Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır".

Həmin görüntüləri təqdim edirik: