Son xəbərlər

Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı çıxış edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Samir Məmmədov Mehman Xəlilova 20 il həbs cəzası istəyib.

Qeyd edək ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə təqsirli bilinir.

Çillinin Valparaiso regionuda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər həlak ölüb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.
Sumqayıtda 40 yaşlı qadın dəm qazından zəhərlənib.

Axar.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Sumqayıtda ər arvadını bıçaqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayev aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-ci il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaya bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Tiflisdə, "Afrika" adlanan ərazidə plastik məmulatlar istehsal edilən zavodun anbarında güclü yanğın baş verib.

Axar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib.

Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağı bacarıb, qonşu binalara, digər müəssisələrə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.