Xezerxeber.az xəbər verir ki, xüsusilə telegram platformasında yaradılan bu qruplarda iştirakçılara onlayn kazino, loto oyunları, guya sərfəli mərc imkanları təklif edilir. Bununla da bir çox hallarda həmin şəxslər böyük məbləğdə pul itirir.
Sosioloq Elçin Bayramlı deyir ki, bir çox ölkələrdə bu kimi oyunlara giriş məhdudlaşdırılır. Ancaq bizdə vəziyyət ürəkaçan deyil.
Sosioloq onuda əlavə etdi ki, son dövrlərdə bu oyunların qurbanları içərisində uşaqları da görmək mümkündür.
Məsələ ilə bağlı Daxili işlər nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ nəzarət götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.