Rusiya ilə NATO arasında qaynar müharibə ssenarisini təsəvvür etmək dünya apokalipsisini təsəvvür etmək kimidir.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Aydındır ki, bu müharibədə qalib olmayacaq və heç bir ölkə, hətta NATO regionundan və ya Rusiya ərazisindən uzaqda olsa belə, özünü təhlükəsiz hiss etməyəcək”, - İlham Əliyev bildirib.