Son xəbərlər

 
"Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi". Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. " Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın  Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı."       

K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf  və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi."

K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: "Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə  və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və  suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq" .
 

24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 "Bir heyvana bir neçə nəfər şərik ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
12 İyun 2024 Bu dondurmaları yeməyin! - Fotolar
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO
10 İyun 2024 Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”