Son xəbərlər

 

"Qurbanlıq iribuynuzlu da ola bilər, xırdabuynuzlu da ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, qoyun, keçi, inək, hətta dəvə də qurbanlıq üçün yararlı heyvanlardır: "İki ayaqlı heyvanları kəsmək olmaz, yəni toyuq, qaz, ördəyi qurban kimi kəsmək olmaz. Qurbanın düzgün kəsilməsi birinci növbədə qurbanlıq günü olmalıdır. Ondan bir gün əvvəl, bir gün sonra qurbanlıq deyil. Növbəti məsələ odur ki, düz üzü qibləyə olmalıdır. Yəni cənubdan azacıq qərb tərəfə, üzü Kəbəyə tərəf olmalıdır. Heyvanın sinəsi, başı gün çıxana, ayaqları gün batana formada olmalıdır. Daha sonra ya "Bismillahir-Rahmənir-Rahim"ya "Bismillah", ya Allah deyilməlidir. Xülasə Allah sözü olmalıdır. Bıçaq iti olmalıdır ki, heyvan inciməsin. Heyvanın qanı kifayət qədər getdikdən sonra daxilindəki qan təmiz sayılır. Heyvanın başı yuyulmalıdır. Onun qanını uşaqların alnına vururlar ki, bunlar əsaslı, dini məsələlər deyil. O qan murdardır, həmin hissə yuyulmalıdır. Heyvanın canı tamamilə çıxmadan əvvəl heyvanın başını qoparmaq olmaz. Bunu qəssablar tələsdikləri üçün edirlər. Düzgün iş deyil. Xüsusilə dinimizdə təkid olunur ki, heyvanlar uşaqlar və yeniyetmələrin gözləri qarşısında kəsilməsin. Onların psixologiyasına pis təsir göstərir. Böyüklər heyvanları kəssinlər. Çünki onlar başa düşürlər ki, Allahın əmrini yerinə yetirmək nə deməkdir. Uşaqlar başa düşmürlər. Bu kimi hökümlər olmalıdır.

Heyvanın əti üç yerə bölünsə, yaxşı olar. Bir hissəsi ailəyə, bir hissəsi qohum-əqrəbaya, bir hissəsi də yoxsullara, qonşulara və sair verilməlidir. Bir heyvana bir neçə nəfər şərik ola bilər. Şəriklərin sayının önəmi, məhdudiyyəti yoxdur. Bəziləri deyirlər ki, bu saydan artıq olmaz. Bunlar əsassız söhbətlərdir. Həcc mərasiminə gedən adamlara qurban kəsmək vacibdir. Həcc mərasiminə getməmiş insanlara müstəhəbdir, vacib deyil. Amma bu ənənəni yaşatmaq çox təkid olunur ki, bu, müstəhəbi yaşadın. Allah qurbanınızı qəbul etsin".

24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
15 İyun 2024 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
12 İyun 2024 Bu dondurmaları yeməyin! - Fotolar
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO
10 İyun 2024 Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”