Son xəbərlər

 


26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:

“Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;

Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunan “Selena” əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena”  əmtəə nişanlı çiyələkli dondurma;

“Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;

Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan “Naturalika” əmtəə nişanlı dondurma.

Eyni zamanda “Naturalika” əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.

43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Qeyd edilib ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.



 
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
15 İyun 2024 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 "Bir heyvana bir neçə nəfər şərik ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO
10 İyun 2024 Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”