Son xəbərlər

 

"Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb". Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müasir Azərbaycan-Misir əlaqələrinin formalaşmasında həlledici amil kimi çıxış edən mühüm məqamlardan biri də  Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləməsi və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə etməsidir. " Bu gün Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var."       

K.Qafarov qeyd edib ki, ki, Prezident İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verəcək: "Cənab Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər çərçivəsində iyunun 8-də Misirin paytaxtında mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi.  Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olmuşdur. Azərbaycanın Hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır" .

24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
15 İyun 2024 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 "Bir heyvana bir neçə nəfər şərik ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
12 İyun 2024 Bu dondurmaları yeməyin! - Fotolar
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO