Son xəbərlər

 

"Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti sayəsində Azərbaycanın bu strateji sahədə mövqeləri  getdikcə güclənir, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan biri kimi çıxış edir. İyunun 4-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur."  Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışı olub. "Məlum olduğu kimi, bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir".

K.Qafarov  beynəlxalq tədbirin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: " Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Həmin vaxtdan bəri tədbirin miqyasının durmadan genişləndiyini bildirən  dövlət başçısı diqqətə çatdırdı ki, Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Fəaliyyətin genişləndirilməsilə bağlı yarana biləcək qaz qıtlığı problemini isə "Şahdəniz" layihəsi birdəfəlik aradan qaldırdı və artıq bu il Azərbaycanın ixrac edəcəyi qazın həcmi 24 milyard kubmetrdən artıq olacaq."

K. Qafarov Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənəcəyinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin mühüm əhəmiyyətini xüsusi vurğulayıb: "Azərbaycan qaz təchizatı məsələlərində artıq özünü etibarlı tərəfdaş kimi sübut edib. Lakin cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, ölkəmizin təbii qazla təchiz etdiyi coğrafiyanın bundan sonra da genişlənəcəyi yəqindir. Avropa Komissiyası Azərbaycanı artıq çoxdan Pan-Avropa qaz təchizatçısı adlandırır. Dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan qazını idxal edən 8 ölkədən 6-sı məhz Avropa ölkəsidir ki, bu da kifayət qədər ciddi göstəricidir. Bununla yanaşı, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə fəal danışıqlar aparılır. Məhz bu məqam ölkənin qaz ixracının coğrafiyasının bir qədər də genişlənəcəyini əminliklə deməyə əsas verir" .

24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
15 İyun 2024 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 "Bir heyvana bir neçə nəfər şərik ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
12 İyun 2024 Bu dondurmaları yeməyin! - Fotolar
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO