Salyan rayon Şorsulu kəndində keçirilən səyyar qəbulda sakinlərin müraciətləri dinlənildi Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması və yaşıllıqların salınması istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
“Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda toplantı keçirilmişdir
Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda Yeni Azərbaycan Partiyası Salyan Rayon təşkilatının inzibati binasında toplantı keçirilmişdir. Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Salyan RİH başçısının müavini Rəşad Cəbrayılov, Komitənin Qadın və Gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.