Son xəbərlər

 

Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır. SİA xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

 

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”. “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.

Demək, yer də mənim, göy də mənimdir,

Hüzurumla cahan nə bəxtiyardır

- deyən şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür. Bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi
20 İyun 2024 İnsanlarda qarpızla bağlı tərəddüd - Qiyməti baha, zəhərlənmə ehtimalı da var – ARAŞDIRMA VİDEO
20 İyun 2024 Kənd təsərrüfatı heyvanlarının yeni sığorta qiyməti fermerlərin xeyrinədir? VİDEO
19 İyun 2024 Bölgələrdə mal əti UCUZLAŞDI VİDEO
19 İyun 2024 FHN-dən taxılla bağlı əhaliyə MÜRACİƏT VİDEO
17 İyun 2024 Bazarda mövsümi meyvələr NİYƏ UCUZLAŞMIR? VİDEO
15 İyun 2024 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”
13 İyun 2024 “Əl tutmaq üçün ancaq Qurban bayramını gözləmək lazım deyil” - RƏYLƏR
13 İyun 2024 "Bir heyvana bir neçə nəfər şərik ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
13 İyun 2024 Rafiq Kərimov: Qurtuluş və zəfər dövrü
13 İyun 2024 Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - VİDEO
13 İyun 2024 İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib
12 İyun 2024 Bu dondurmaları yeməyin! - Fotolar
11 İyun 2024 "Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI
11 İyun 2024 “Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ
11 İyun 2024 Baqrat bu ərazini Azərbaycana verəcək - Rus ekspert
11 İyun 2024 Yeni tələblərə görə qiymətləri artıran taksi şirkətlərində keyfiyyət də artıbmı? VİDEO