Son xəbərlər

 

“Əli Kərimli haradan çıxarıb ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi olmaq istəyir?

“Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan coğrafi cəhətdən Qərbi Asiya ölkəsidir, siyasi cəhətdən isə Avropa strukturlarına inteqrasiya edib. Onu da qeyd edim ki, Qərbdə xeyli sayda mədəniyyət xadimlərimiz var. Minlərlə həmyerlilərimiz Avropa təhsili alıb, Vətənimizdə çalışırlar. Amma biz özümüzəməxsusuq. Dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, biz şimal ilə cənubun, şərq ilə qərbin qovşağında yerləşirik. Təbii ki, Azərbaycan şərq-qərb ölkələrinin müsbət cəhətlərini özündə daşımağa cəhd edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ümummiyyətlə, Şərqə nifrət etmək lazım deyil: “Mərkəzi Asiyada Yaponiya, Koreya kimi inkişaf etmiş ölkələr də var. Ona görə də Asiya-Avropa qarşılaşdırması etmək doğru deyil. Azərbaycan yüz il bundan öncə Avropa tipli təhsil qurub, konservatoriya, parlament yaradıb və bu, müvəffəqiyyətlə davam etdirilir. Biz demokratiyanı özümüz inkişaf etdirməliyik, kimdənsə öyrənməli deyilik. Bu istiqamətdə də müəyyən addımlar atılır. Bizim ən başlıca məqsədimiz Qarabağı azad etmək idi. Avropa bu məsələdə Azərbaycana yardım etmədi, əksinə təcavüzkar Ermənistanı dəstəklədi. Bu gün də Azərbaycanın hüquqlarını pozan Avropa deyil? Ona görə də Avropa qarşısında diz çökəsi deyilik. Azərbaycana kor-koranə itaət lazım deyil”.

Deputat bildirib ki, Azərbaycan müvəffəqiyyətlə inkişaf edən dövlətdir: “Dövlətimiz işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparır. Avropanın isə gözü kor olub, bizə heç bir köməklik etmir. Ona görə də addım-addım irəliləyirik. Beş barmağı bal da etsək, Avropa İttifaqı yaxın buraxmayacaq. Azərbaycan Prezidenti də qeyd edib ki, bizim birliyimiz Türk Dövlətləri Birliyidir, bizim ailəmiz türk dünyasıdır. Getdikcə türk dövlətlərinin birliyi artır və Azərbaycanın xoşbəxtliyi də məhz bu birlikdədir”.

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL